REGİONLAR
Xaçmazda futbol üzrə rayon birinciliyinin qalibi müəyyənləşib
Xaçmaz, 17 may , Elxan Yusifli, AZƏRTAC
Xaçmazda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş futbol üzrə rayon birinciliyinin qalibi müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Olmpiya İdman Kompleksində keçirilən final qarşılaşmasında Yalama və Ləcət bələdiyyələrinin komandaları mübarizə aparıblar.
16 komandanın qatıldığı birincilkdə finaladək inamla irəliləyən Yalama kollektivi bu matçda da rəqibinə heç bir şans verməyib. Ləcət komandasına 6-0 hesabı ilə qalib gələn kollektiv yarışın qalib adını qazanıb.
Final matçını üç minə yaxın futbol azarkeşi izləyib.
Xaçmaz Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda çempion komandaya kubok və medallar təqdim olunub.