MƏDƏNİYYƏT


“Xatirə Fərəcli yaradıcılığının poetik təzahürü” kitabının təqdimatı olub

Bakı, 23 oktyabr, AZƏRTAC

Yazıçılar Birliyinin “Natəvan” klubunda şair-tədqiqatçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hikmət Məlikzadənin “Xatirə Fərəcli yaradıcılığının poetik təzahürü” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin aparıcısı tanınmış tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangir kitabın sırf elmi-filoloji aspektdən araşdırıldığını və müəllifin Xatirə Fərəcli yaradıcılığına bir qədər də fəlsəfi rakursdan yanaşdığını iştirakçıların diqqətinə çatdırıb, kitabla bağlı müəyyən məlumatlar verib.

Tanınmış nəğməkar şair Yusif Nəğməkar kitabdakı fəlsəfi nüansları müəllifin uğuru kimi qiymətləndirərək nəşrlə bağlı fikirlərini bölüşüb.

Digər çıxış edənlər Hikmət Məlikzadənin poetik yaradıcılığı ilə yanaşı, elmi yaradıcılığına da müxtəlif rakurslardan münasibət bildiriblər, təqdim olunan kitabın maraqlı araşdırma və qeyri-adi bir tədqiqat işi olduğunu söyləyiblər, müəllifə uğurlar arzulayıblar.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən müəllif bundan sonra da bu istiqamətdə işlərini davam etdirəcəyini söyləyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.