CƏMİYYƏT


Xətai rayonunda binalarda liftlərin ehtiyat hissələrini oğurlayan şəxs saxlanılıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Xətai rayonunda binalarda liftlərin ehtiyat hissələrini və zirzəmilərdən keçən elektrik xətlərini oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı həmin hadisələri törətməkdə şübhəli bilinən Elvin Alıyev tutulub. Araşdırma zamanı onun Xətai rayonu ilə yanaşı, paytaxtın digər rayonlarında da analoji hadisələr etdiyi məlum olub.

Saxlanılan şəxsin etdiyi oğurluqların bir neçəsi binalarda quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Elvin Alıyev barəsində araşdırmalar davam etdirilir. Onun qanunsuz hərəkətlərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.