MƏDƏNİYYƏT
Xızı-Xaçmaz Turizm və Rekreasiya Zonasının İdarəetmə Şurasının iclası keçirilib
Bakı, 19 fevral, AZƏRTAC
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsində Xızı-Xaçmaz Turizm və Rekreasiya Zonasının İdarəetmə Şurasının iclası keçirilib.
İclasda Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri M.Qəhrəmanov, Xızı-Xaçmaz Turizm və Rekreasiya Zonasının İdarəetmə Şurasının sədri N.Ağayev və Şuranın Xızı-Xaçmaz Turizm və Rekreasiya Zonasına daxil olan Xızı, Siyəzən, Şabran və Xaçmaz rayonları üzrə əsas üzvləri və alt komitə üzvləri iştirak ediblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda Şuranın qarşıda duran vəzifələri və fəaliyyət planı müzakirə edilib.
Çıxış edənlər Xızı, Siyəzən, Şabran və Xaçmaz rayonlarının turizm potensialı, burada turizmin hansı növlərinin inkişaf etdirilməsi üçün şərait və imkanların olduğu barədə məlumat veriblər. Turizm rekreasiya zonasına daxil olan rayonlarda işin təkmilləşdirilməsi və həmin ərazilərdə olan bələdiyyələrlə işin intensivləşdirilməsi üçün təkliflər irəli sürülüb.