MƏDƏNİYYƏT


Xocalı faciəsi haqqında metodik-biblioqrafik slayd və tammətnli tövsiyə göstəricisi oxuculara təqdim edilib

Bakı, 26 fevral, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar metodik-biblioqrafik slayd və tammətnli tövsiyə göstəricisini oxuculara təqdim edib.

AZƏRTAC xəbər verir ki, “Əsrin qətliamı - Xocalı” adlı metodik-biblioqrafik slaydda yuxarı sinif şagirdləri üçün Xocalı faciəsi haqqında ədəbiyyat siyahısı əks olunub. Slayd Xocalı faciəsinin qurbanlarına çevrilmiş və soyqırımından əziyyət çəkmiş insanların statistik göstəricilərinin nümayişi ilə başlayır.

Slaydda Xocalı soyqırımının tarixi gerçəkliklərindən bəhs olunan müxtəlif kitablar annotasiyaları ilə birgə nümayiş edilir. Kitablar sırasında Əsli Xəlilqızının “Güllələnmiş uşaqlıq”, Sadir Məmmədovun “Xocalı Soyqırımı”, Sülhiyyə Musaqızının “Azərbaycan terrorizmin caynağında”, Səriyyə Müslümqızının “Dünya susmasın gərək”, Nəsiman Yaqublunun “Xocalı Soyqırımı”, Elxan Elatlının “Cəhənnəmdən gələn səs”, Salatın Əhmədlinin “Başdaşı əhvalatı”, Adil Həşimovun “Arpaçayın nisgili”, Sabir Məmmədovun “Tarixi saxtalaşdırmaq cinayətdir”, Sevinc Nuruqızının “Qisas” əsəri yer alıb.

“Xocalı soyqırımı” adlı tammətnli tövsiyə göstəricidə 51 kitab və 27 dövri mətbuatda dərc edilən materiallar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.