MƏDƏNİYYƏT
Xurşidbanu Natəvanın 190 illiyi ilə bağlı tədbir təşkil olunub
Bakı, 3 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialı XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın 190 illiyi ilə bağlı tədbir keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın əməkdaşları bu il şairənin 190 illiyinin respublika səviyyəsində geniş qeyd olunduğunu söyləyiblər.
Azərbaycan xalqının ədəbiyyatımıza bəxş etdiyi nadir şəxsiyyətlərdən olan şairənin poeziyamızın iftixarı olduğunu və onun Azərbaycan mədəniyyəti tarixində rəssam kimi də şöhrət qazandığını bildiriblər. Filialın müdiri Aynur Babayeva kitabxananın Xurşidbanu Natəvanın adını daşımasının əməkdaşlar üçün bir fəxr olduğunu vurğulayıb.
Tədbir iştirakçıları Natəvan yaradıcılığı haqqında fikirlərini bölüşüblər . Şairə-jurnalist Xatirə İlknur öz kitabını kitabxanaya hədiyyə edib.