REGİONLAR


YAP Bərdə rayon təşkilatı yaradılmasının 26-cı ildönümünü kimsəsiz və əlil uşaqlarla birgə qeyd edib

Bərdə, 13 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı yaradılmasının 26-cı ildönümünü kimsəsiz və əlil uşaqlarla birgə qeyd edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP fəallarından bir qrupu əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Partiya fəallarının, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan danışıb. Bildirib ki, müstəqil Azərbaycanın ötən müddət ərzində keçdiyi şərəfli yüksəliş yolu ulu öndər Heydər Əliyevin yadigarı olan Yeni Azərbaycan Partiyasının fəaliyyət salnaməsidir.

Diqqətə çatdırılıb ki, təsis konfransı 1993-cü il martın 13-də keçirilən YAP rayon təşkilatının hazırda 11 min 257 nəfər üzvü var. Partiya üzvlərindən 4718 nəfəri qadın, 3443 nəfəri gənclərdir. Onlar rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər.

Tədbirdə digər çıxış edənlər partiya üzvlərini təşkilatın yaranmasının 26-cı ildönümü münasibətilə təbrik edib, ötən dövr ərzində təşkilatın keçdiyi uğurlu yola nəzər salıblar.

Tədbirdə YAP Bərdə rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə məktəblilər arasında keçirilmiş “Breyn-rinq” intellektual oyunu və mini futbol yarışının qaliblərinə hədiyyələr təqdim edilib.

Tədbir çay masası arxasında rəngarəng musiqi nömrələri ilə davam edib. Bərdə Regional Mədəniyyət İdarəsinin "Qarabağ" ansamblının kollektivinin, şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin və Bərdə Günərzi Qayğı Mərkəzinin uşaqlarının ifasında bədii kompozisiya və rəqslər tədbirə xüsusi rəng qatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.