MƏDƏNİYYƏT


“YARAT talks” layihəsinin yenilənmiş formatı təqdim ediləcək

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 13-də “YARAT” Müasir İncəsənət Məkanı “YARAT talks” layihəsinin yenilənmiş formatını təqdim edəcək.

“YARAT”dan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi yaşından, peşəsindən və təhsilindən asılı olmayaraq müxtəlif insanları birləşdirən incəsənət haqqında fikirlər platforması yaratmaqdır. Bu görüşlər, həmçinin hər hansı xarici dilin danışıq bacarıqlarının inkişafına yönəlib. Hər tədbir müxtəlif tədris mərkəzləri ilə birgə keçiriləcək.

Bu silsilənin ilk görüşü Dərs Evi Tədris Mərkəzi ilə olacaq. İştirakçılar tədbir zamanı “YARAT”da nümayiş olunan Şilpa Quptanın “Mən bu lisanə sığmazam” sərgisi ilə tanışlıqdan sonra “Ruh ilə cahan mənəm, aləmlə zaman mənəm” adlı mövzunu ingilis dilində araşdıracaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.