İQTİSADİYYAT


Yapon şirkətləri Azərbaycanda bərpaolunan enerji sahəsində keçiriləcək hərraclarda iştiraka dəvət ediləcək

Bakı, 17 oktyabr, AZƏRTAC

Yaponiya Azərbaycanla energetika sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Pərviz Şahbazov Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada ilə görüşündə ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib, uğurlar arzulayıb.

Görüş zamanı P.Şahbazov səfirə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları və Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə məlumat verib. Humanitar atəşkəs barədə razılıq əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən yaşayış məntəqələrinə hücumları, o cümlədən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket zərbələri nəticəsində dinc sakinlərin həlak olması, Bakı-Tbilis-Ceyhan neft kəməri və Mingəçevir su elektrik stansiyası kimi strateji enerji obyektlərinin hədəfə alınması diqqətə çatdırılıb.

Nazir Yaponiyanın “Inpex”, “Itochu”, “Mitsui”, “Sumitomo”, “TEPSCO”, “JOGMEC” kimi şirkətləri, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA), “JBIC”, “NEXI” kimi maliyyə qurumları ilə enerji sektorunda sıx əməkdaşlıq əlaqələrinin olduğunu, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Cənub Qaz Dəhlizi, “Şimal-1”, “Şimal-2” istilik elektrik stansiyaları və digər layihələrdə Yaponiya şirkətlərinin iştirakını qeyd edərək bu istiqamətdə gələcək iş birliyi üçün yeni perspektivlərin olduğunu bildirib. Ölkəmizdə bərpaolunan enerji sahəsində hərracların keçirilməsinin nəzərdə tutulduğu qeyd edilərək Yaponiya şirkətlərinin iştiraka dəvət olunacağı bildirilib.

Yaponiyanın Azərbaycandakı C.Vada ölkəsinin Azərbaycanla energetika sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edərək bu əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.