DÜNYA


Yaponiya polisi xilasetmə helikopterinin qəzaya uğramasının səbəblərini araşdırır

Tokio, 13 avqust, AZƏRTAC

Yaponiya polisi xilasetmə helikopterinin qəzaya uğramasının səbəblərini araşdırmaqda davam edir.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Qunma prefekturasının hakimiyyət orqanları Tokionun şimalında yerləşən dağda xilasetmə helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin 9-nun da həlak olduğunu bildirib.

Xəbər verdiyimiz kimi, avqustun 10-da helikopter Naqano prefekturası ərazisində alpinistlər üçün yeni cığırı tədqiq edərkən qəzaya uğrayıb. Hakimiyyət orqanları əvvəlcə heyət üzvlərindən ikisinin, şənbə günü səhər yeddisinin, həmin gün günortadan sonra hamısının həlak olduğunu təsdiq edib.

Qunma prefekturasının rəsmilərinin bildirdiyinə görə, GPS helikopterin saat 9:58 dəqiqədə kəskin dönüş etdiyini göstərir. Həmin vaxt onun dağa çox yaxınlaşdığı və saatda 20-75 kilometr sürətlə hərəkə etdiyi bildirilir. Lakin sonradan helikopter sürəti saatda 150 kilometrə qaldıraraq horizontal şəkildə dağa çırpılıb. Qəzanın hava şəraitinin kəskin dəyişməsi nəticəsində baş verdiyi ehtimal olunur.

Polislə birlikdə Nəqliyyat Nazirliyinin təhlükəsizlik idarəsinin əməkdaşları da hadisənin baş vermə səbəblərini araşdırır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.