DÜNYA
Yaponiyada intiharların sayı artıb
Tokio, 14 oktyabr, AZƏRTAC
Cari ilin sentyabrında Yaponiyada 1800-dən çox insan intihar edib. Bu ölkədə özünə qəsd halları 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə son üç ayda ardıcıl şəkildə artıb.
AZƏRTAC Yaponiya Polis İdarəsinə istinadla xəbər verir ki, sentyabrda bütün ölkə üzrə 1805 nəfər intihar edib. Bu göstərici ötən ilin həmin dövrü ilə müqayisədə 143 nəfər və ya 8,6 faiz artıb.
İntihar yolu ilə həyatına qəsd edən kişilərin sayı bir il əvvəlki göstərici ilə müqayisədə 1166 nəfər və ya 0,4 faiz artıb. Özünə qəsd edən qadınların sayı isə 639 nəfər və ya 27,5 faiz təşkil edib.
Yaponiya hökumətinin intiharların səbəbinin koronavirus pandemiyası ilə əlaqəli olduğunu araşdırdığı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]