REGİONLAR


Yardımlıda 5222 hektar sahədən kənd təsərrüfatı məhsulları yığılır

Yardımlı, 1 iyul, AZƏRTAC

Yardımlıda 2022-ci ilin məhsulu üçün 5222,8 hektar sahədən müxtəlif növ kənd təsərrüfatı məhsulu toplanacaq ki, bu da ötən ilin göstəricisindən 116,8 hektar çoxdur.

Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-a bildirib ki, toplanacaq sahənin 4099,3 hektarını payızlıq-yazlıq dənli və dənli paxlalı bitkilər, 927,5 hektarını kartof, 196,0 hektarını isə müxtəlif növ tərəvəz bitkiləri təşkil edir.

Kənd təsərrüfatı müəssisələri tərəfindən 2022-ci ilin məhsulu üçün 242,0 hektar sahədə əkin işləri aparılıb ki, bunun 241,0 hektarı payızlıq-yazlıq dənli və dənli paxlalı bitkiləri, 1,0 hektarı isə kartof sahəsidir.

Kənd təsərrüfatı bitkilərinin əkin sahəsində ailə kəndli və ev təsərrüfatlarının xüsusi çəkisi üstünlük təşkil edir. Bu kateqoriyadan olan təsərrüfatlarda 2022-ci ilin məhsulu üçün ümumi əkin sahəsi 4980,8 hektar olub ki, onun 3858,3 hektarı payızlıq-yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsi, 926,5 hektarı kartof əkin sahəsi, 196,0 hektarı isə müxtəlif növ tərəvəz bitkiləri sahəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.