Yeni televiziya və radio kanalları “Azerspace-1” peyki üzərindən yayıma başlayıb VİDEO
AzerTAg.az

Bakı, 19 yanvar, AZƏRTAC
Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC və Gürcüstanın “The Georgian Public Broadcasting” (GPB) şirkəti arasında “Adjara” TV kanalının kommersiya yayımına dair müqavilə imzalanıb.
Səhmdar Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, 2005-ci ildən etibarən rəsmi olaraq Gürcüstanın İctimai Televiziya və Radio yayımlarını həyata keçirən GPB şirkətinə 17 televiziya və 15 radio kanalı daxildir. Şirkətin tərkibində fəaliyyət göstərən televiziya kanalları vasitəsilə əsasən, ictimai-siyasi proqramlar, musiqi verilişləri, bədii, cizgi və sənədli filmlər nümayiş olunur. “Adjara” TV kanalı 2016-cı ildən 11095/H/27500 tezliyi ilə yayımlanır.
Peyk operatoru, həmçinin, Ukraynanın “Radio 24” və Lux FM radio kanalları ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqili və informativ proqramların səsləndiyi radio kanallar “Azerspace-1” peyki üzərindən bu ilin yanvar ayından 11016/171 tezliyi ilə yayımlanır.
Xəbərin mətnində orfoqrafik səhv var