MƏDƏNİYYƏT


“Yuğ” Teatrı beynəlxalq festivalda iştirak edəcək

Bakı, 16 avqust, AZƏRTAC

Avqustun 24-dən 28-dək Qazaxıstanın Aktau şəhərində Xalq Artisti Asanali Aşimovun 80 illiyinə həsr olunan Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı keçiriləcək. Beynəlxalq tədbirdə Azərbaycanı “Yuğ” Teatrı təmsil edəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, festivalda rejissor Mikayıl Mikayılovun quruluş verdiyi “Medeya. Sekvensiya 001.” tamaşası göstəriləcək. Həmçinin Azərbaycandan teatrşünas alim İsrafil İsrafilov beynəlxalq tərkibli münsiflər heyətində təmsil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.