REGİONLAR


Zaqatalada bu günədək vətəndaşlara 5861 doza vaksin vurulub

Zaqatala, 27 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Zaqatala rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi rayon mərkəzi xəstəxanasının infeksion xəstəliklər şöbəsinin binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir.

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini, vaksinasiyanın keçirilməsi üzrə yaradılan qərargahın üzvü Vəfa Süleymanova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvəndlənməsi mərhələli şəkildə həyata keçirilir. Bu günədək Zaqatala rayonu üzrə tibb işçilərinə, həmçinin yaşı 50-65 və 65-dən yuxarı olan vətəndaşlara ümumilikdə 5861 doza vaksin vurulub. O cümlədən ilkin mərhələdə rayonun səhiyyə müəssisələrində çalışan 1520 tibb işçisinə peyvəndin birinci dozası vurulub və hazırda onların təkrar peyvəndlənməsi yekunlaşmaq üzrədir. Strategiyaya əsasən, yaş kateqoriyaları üzrə indiyədək 65 yaşdan yuxarı 1434 vətəndaş, həmçinin 50-65 yaş arasında 2696 nəfər koronavirusa qarşı peyvənd olunub və proses davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.