REGİONLAR


Zəki Öztürk: Xurma festivalının iştirakçısı olduğum üçün çox xoşbəxtəm VİDEO

Balakən, 28 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu gün Balakəndə tarixi bir hadisəyə şahidlik edirik. Bu bölgənin, eləcə də Balakənin ən məşhur meyvələrindən olan xurma ilə bağlı festivalın iştirakçısı olduğum üçün çox xoşbəxtəm.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk Balakəndə keçirilən II Beynəlxalq xurma festivalı zamanı jurnalistlərə müsahibəsində deyib.

Konsul vurğulayıb ki, xalqın, bu qədər insanın bayram əhvali-ruhiyyəsi ilə bura toplaşması onu göstərir ki, bu günün bölgə üçün xüsusi əhəmiyyəti var. “Festivalın istər Balakən, istərsə də Azərbaycan üçün xeyirli olmasını arzulayıram”,- deyə Zəki Öztürk bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.