REGİONLAR


Zərdab sakinlərinin qaz təchizatına dair problemləri dinlənilib

Bakı, 13 avqust, AZƏRTAC

“Azəriqaz” İB-nin rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən “Açıq mikrofon” aksiyasının imkanlarından Zərdab rayon sakinləri də yararlanıblar.

İB-dən AZƏRTAC-a bildirilib ki, aksiyada iştirak edən sakinlər qaz təchizatı ilə bağlı onları narahat edən məsələlər barədə “Azəriqaz”ın rəhbərliyinə məlumat veriblər.

Aksiyaya Zərdab rayonunun Alcanlı, Gəndəbil, Ağabağı kəndlərindən üz tutan bir sıra sakin fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı müraciət ediblər. Bundan əlavə görüş zamanı işə qəbul, qapı keçidinin quraşdırılması və sair kimi suallar ünvanlanıb.

Vətəndaş məmnuniyyətinin qorunması məqsədilə keçirilən görüşdə təbii qazdan istifadə edən istehlakçılar problemlərinə, istehlakçı olmayan vətəndaşlar isə suallarına cavab tapıblar.

Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən bütün müraciət edən vətəndaşlara ətraflı məlumat verilərək, müraciətlərinin aidiyyəti üzrə yönləndiriləcəyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.