İQTİSADİYYAT


® “Xualinq” ASZ şirkətlərə geniş maliyyələşdirmə mexanizmlərindən istifadə imkanları təqdim edir VİDEO

“Xualinq” Azad Sənaye Zonası (ASZ) ilə “Enterprise Georgia” (“Gürcüstanda istehsal et”) dövlət agentliyinin tərəfdaşlığı çərçivəsində “Xualinq” ASZ bu şirkətin istehsal layihələrinin reallaşdırılmasında marağı olan şirkətlərə postpandemiya dövründə xarici investisiyaların stimullaşdırılması üçün Gürcüstan hökumətinin təqdim etdiyi geniş maliyyələşdirmə mexanizmlərindən istifadə imkanları təqdim edir.

Proqram iki komponentdən ibarətdir:

1)Kredit maliyyələşdirmə zəmanətləri. Biznes-kreditin təmin edilməsi komponentində dövlətin payı 90 faizə qədər təşkil edir. Kreditin minimal məbləği 50.000 lari (təxminən 17 min dolar), maksimal məbləği 5 milyon lariyə (təxminən 1,7 milyon dollar) bərabərdir.

2)Kreditlər və lizinq üzrə illik faiz dərəcəsinin bir hissəsini dövlət maliyyələşdirir. Nəticədə sahibkarlar faiz dərəcəsi illik 2-3 faiz olmaqla kredit almaq imkanı əldə edir. Bu şərikli maliyyələşdirmə 3 ilə qədər əlçatandır. Kreditin minimal məbləği 50.000 lariyə (təxminən 17 min dolar), maksimal məbləği 10 milyon lariyə (təxminən 3,5 milyon dollar) bərabərdir.

“Xualinq” ASZ barədə onu qeyd edək ki, yeni təklifə uyğun olaraq sahibkarlar bu azad zonanın mövcud infrastrukturundan – misilsiz üstünlüklərə malik olan sənaye və anbar binalarından istifadə edəcəklər. Təklif binaların icarəsi üzrə güzəştlər, moratoriyalar, biznesin ilkin mərhələsində müxtəlif yardım növlərinin və bir sıra başqa məsələləri əhatə edir. Azad zonada şirkətlər və müəssisələr vergilərdən tam azad edilir və bir sıra başqa mühüm əməliyyat üstünlüklərinə malikdirlər.

“Xualinq” ASZ-nin təklifi və “Enterprise Georgia” (“Gürcüstanda istehsal et”) agentliyinin dəstək mexanizmləri sahibkarlar üçün fərqli məhsuldur, çünki bu mexanizmlər ilkin kapital qoyuluşlarını əhəmiyyətli dərəcədə azaldır və sahibkarlar ən qısa müddətdə istehsala başlaya biləcəklər. Agentliyin təklif etdiyi proqramlar çərçivəsində

sahibkarlar əlavə üstünlüklər əldə edəcəklər.

Hazırda 120-yə yaxın şirkət, o cümlədən Azərbaycanın onlarca idxal-ixrac şirkətləri “Xualinq” ASZ-nin üstünlüklərindən istifadə edirlər. Onların sırasında oduncaq, inşaat materialları, dəmir ərintiləri, əczaçılıq preparatları, günəş batareyası modulları, etilen, tekstil və plastik kütlə istehsalı ilə məşğul olan, tam gücü ilə fəaliyyət göstərən 13 zavod var.

“Xualinq” ASZ-də bütün dünyadan hazır məhsullar və xammal idxal edən, onları regional bazarlara ixrac edən ticarət şirkətləri də fəaliyyət göstərir. 2020-ci ilə qədər cəlb edilmiş investisiyaların həcmi 70 milyon ABŞ dollarından çox olub.

“Xualinq” ASZ ilə əlaqə saxlamaq üçün sadə sifariş formasını doldurun: https://freezone.hualingfiz.ge/ru/

Əlaqə məlumatları: Ofis: (032) 2 580 580, Mob: (+995) 595 11 71 51, E-mail: [email protected] . Veb: www.hualingfiz.ge

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.