İQTİSADİYYAT


® "Performance Center" şirkəti ölkəyə daha 2 beynəlxalq avtomobil markasını gətirir

Bakı, 26 may, AZƏRTAC

“Performance Center” şirkəti Çinin iki böyük markası - BAİC və JAC-ın Azərbaycandakı rəsmi distributorluğunu əldə edib.

“Performance Center” şirkəti 1997-ci ildə “Chevrolet” və “Cadillac” avtomobillərinin Azərbaycandakı rəsmi distribüteri kimi fəaliyyətə başlayıb. 2019-cu ilin avqust ayında isə Özbəkistan istehsalı olan “Ravon” avtomobillərinin Azərbaycandakı rəsmi distribüterliyini alaraq, satışlarını həyata keçirməyə başlayıb.

İndi isə öz şourumuna daha 2 beynəlxalq Çin avtomobil markasını qatmağa hazırlaşır. Məlumdur ki, son illərdə keçirilən beynəlxalq avtomobil sərgilərində Çin avtomobilləri öz innovativliyi və güclü xüsusiyyətləri ilə hər kəsin diqqətini çəkməyə başlamışdı. “Performance Center” şirkəti də bu fürsətdən istifadə edərək Çinin 2 böyük markası, BAİC və JAC ilə razılaşaraq, Azərbaycandakı rəsmi distribüterliyini əldə edib. Şirkət, həmçinin müştərilərin rahatlığı üçün onlara avtomobillərin ehtiyat hissələri və servis xidmətini də təklif edəcək.

Şirkətin marketinq direktoru Fərid Məmmədli bildirib ki, yaxın zamanda avtomobillərin media və alıcılara təqdimatı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.