İQTİSADİYYAT
® “BirKart”dan “Bolt” gedişlərinə 30 faiz endirim
Ölkənin ən məşhur taksit kartı olan “BirKart” partnyorlarının sırasını genişləndirərək bir sıra yeni sərfəli kampaniyalar təqdim edir. Bu dəfə “BirKart Visa” kart sahibləri “Bolt” şirkətinin taksi xidmətlərindən istifadə etməklə 30 faiz endirim əldə edəcək.
Kampaniyadan yararlanmaq üçün istənilən “BirKart Visa” kartları ilə (taksit və ya debet) “Bolt” taksilərində endirimli təklif olunan qiyməti seçərək nağdsız ödəniş etmək lazımdır. Bu zaman ödəniş üçün minimal və ya maksimal məbləğ tələbi yoxdur. Qeyd edək ki, endirim yalnız komfort taksilərinə tətbiq olunur, “Apple Pay” ödənişləri isə kampaniyada iştirak etmir. Aprelin 30-dək davam edəcək aksiyadan “BirKart” sahibləri istədikləri sayda istifadə edə bilərlər.
Qeyd edək ki, “BirKart”ın 4 növü var - ƏDV, “Cashback”, “Miles” və “Umico”. “BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi, loyallıq sistemləri və pulsuz SMS məlumatlandırma xidməti. “BirKart”ın ölkə üzrə 10 mindən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
“BirKart” haqqında ətraflı məlumat üçün “www.birkart.az” saytına, “196” Sorğu Mərkəzinə və ya kartın “Facebook” səhifəsinə “www.facebook.com/birkart.az” müraciət edə bilərsiniz. “BirKart” sifarişi üçün, həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 50) 999-81-96 nömrəsinə “WhatsApp” vasitəsilə, eyni zamanda, “BirKart” mərkəzlərinə müraciət etmək olar.