Fernandu Santuş Qəbələ şəhər stadionu ilə tanış olub
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş bu gün Qəbələ şəhərində olub.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Qəbələ şəhər stadionunun infrastrukturu ilə tanış olub.
Baş məşqçiyə stadion və məşq meydançalarının hazırkı durumu, orada yaradılan şəraitlə bağlı məlumat verilib.