İQTİSADİYYAT
® “BirKart”dan “Facebook Messenger” istifadəçilərinə yarışma
“Kapital Bank” “BirKart”ın “Facebook” səhifəsində yeni yarışmaya başlayıb.
İyulun 8-dən 18-dək keçirilən müsabiqənin maraqlı cəhəti yarışmanın insan tərəfindən deyil, “Aican” botu tərəfindən keçirilməsidir.
Yarışmaya qatılmaq üçün qeyd olunan tarixlərdə “BirKart”ın “Facebook” səhifəsinin “Mesencer”ində “Yarışa başla” yazmaq kifayətdir. Müsabiqənin şərtlərinə görə, bot vasitəsilə müştərilərə növbə ilə 10 sual veriləcək, 8 və daha çox sualı düzgün cavablandıran müştərilər qalib olmaq şansı əldə edəcəklər. Beş qalib iyulun 19-da “BirKart”ın “Facebook” səhifəsində canlı yayımda təsadüf üsulu ilə seçiləcək və onlara “Kapital Bank”a məxsus “BirKart Miles” debet kartı hədiyyə olunacaq.
Qeyd edək ki, “Aican” mesencer-botu 24 saat ərzində müştərilərin suallarını cavablandırmaqla yanaşı, “BirKart” məhsulu barədə ətraflı məlumat verir, müştərilərin verdikləri cavablar əsasında onları yönləndirir, sifarişləri onlayn qaydada avtomatik həyata keçirir, həmçinin müştəriyə yaxın filial və ya bankomatın ünvanını göstərir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.