Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Həkim-endokrinoloq Şəbnəm Əlirzayeva: Qalxanabənzər vəzi xəstəlikləri vaxtında aşkarlananda müalicə olunur

2009-cu ildən etibarən hər il mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir. Həmin gün qalxanabənzər vəzi və onun problemlərini öyrənən Avropa Tireoid Assosiasiyasının təşəbbüsü ilə 2009-cu ildə təsis olunub. Azərbaycanda Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd edilməyə başlanılıb və burada məqsəd tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzi xəstəliklərinə və onunla bağlı yaranan problemlərə cəlb etməkdir.

Mərkəzi Gömrük Hospitalının həkim-endokrinoloqu Şəbnəm Əlirzayeva qalxanvari vəzi xəstəliyi, onun növləri, əlamətləri, müalicəsi mövzusunda müsahibə verib.

- Həkim, qalxanabənzər vəzi nədir və orqanizmdə hansı funksiyaları yerinə yetirir?

- Qalxanabənzər vəzi boyunda nəfəs borusu və qırtlağın önündə yerləşən, hormon sintez edən orqandır. Qalxanabənzər vəzinin ifraz etdiyi hormonlar orqanizmin metabolik, hormonal, qan dövranı, böyümə və digər sistemlərinin fəaliyyətinin tənzimlənməsində əhəmiyyətli rol oynayır. Qalxanabənzər vəzini ümumi hormonal sistemin “dirijoru” adlandırırlar. Həmin vəzinin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm da azalması orqanizmin normal fəaliyyətinin pozulmasına səbəb olur.

Orqanizmdə mövcud olan bütün orqan və toxumalarda gedən proseslər onun nəzarətindədir. Belə ki, qalxanabənzər vəzi tireoid hormonları hasil edir və həmin hormonlar bütün orqanizmin fəaliyyətinə təsir göstərir - maddələr mübadiləsini, ürək-damar sisteminin fəaliyyətini, boy artımını və orqanizmin inkişaf prosesini və sair tənzimləyir. Qalxanabənzər vəzi xəstəliklərinin xoşxassəli və bədxassəli növləri var. Xoşxassəli növlər dedikdə qraves xəstəliyi, zəhərli ur və ya zəhərli zob, düyünlü ur və ya düyünlü zob, Haşimoto tireoiditi, autoimmun tireoiditlər və yarımkəskin tireoiditlər nəzərdə tutulur. Bədxassəli formaya isə qalxanabənzər vəzinin xərçəngi aiddir və həmin xəstəliklər arasında düyünlü ura daha çox rast gəlinir. Bunun səbəbi isə daha çox yod çatışmazlığı, siqaret çəkmək, düzgün olmayan qidalanma və piylənmədir.

- Qalxanabənzər vəzinin fəaliyyətinin pozulma səbəbləri nədir?

- Uzunmüddətli, xroniki streslər, konservantlar, nitratlar, pestisidlər, həmçinin hər hansı digər toksiki maddə ilə zəngin qidalar, müxtəlif növ sintetik enerji içkiləri, viruslar, bakteriyaya yoluxma, eləcə də onlarla mübarizə vasitələri, ekoloji vəziyyət, irsi amillərin təsiri, kifayət qədər fiziki fəallığın olmaması və s. səbəblər qalxanabənzər vəzinin fəaliyyətinin pozulması ilə nəticələnir. Qalxanabənzər vəzinin fəaliyyətinin pozulması insanların peşə, cins, yaş və həyat tərzindən asılı olmayaraq onların öyrəşdikləri həyatı alt-üst edə bilər. Ona görə də həmin orqanın necə qurulduğunu və yaratdığı xəstəliklərin ilkin əlamətlərini bilmək vacibdir.

- Qalxanabənzər vəzi xəstəlikləri orqanizmdə hansı fəsadlara yol açır?

- Qalxanabənzər vəzinin xəstəlikləri özünəməxsus fəsadlar yaradır. Hipotireoz orqanizmdə metabolik prosesləri zəiflədir və ürək, qan-damar sistemində, həzm sistemində ciddi dəyişikliklərə səbəb olur. Həmçinin saç tökülməsi, dırnaqlarda kövrəklik, dəridə quruluq, halsızlıq, yorğunluq, bədən kütləsinin artması, bədən temperaturunun aşağı düşməsi, soyuğa davamsızlıq, yuxululuq, süstlük, depressiv hallar, oynaqlarda ağrılar, yaddaşın zəifləməsi kimi əlamətlər müşahidə edilir. Tireotoksikoz sinir sisteminin həssaslığının artması, oyanıqlıq, əsəbilik, ağlağanlıq, səbirsizlik, bədən temperaturunun artması, tərləmə, arıqlama, gözlərdə bərəlmə, ürək, qan-damar sistemində dəyişikliklər (ürəkdöyünmənin artması, aritmiya, arterial hipertenziya), bədəndə və əllərdə əsmə, yuxusuzluq, ishal kimi əlamətlərlə özünü göstərir.

- Hansı əlamətlər narahatlıq üçün əsas verir və həmin hal zamanı dərhal həkimə müraciət etmək lazımdır?

-Toxumaların strukturunda baş verən hansısa formada dəyişikliklər hiss edilmir və uzun illər bundan xəbərsiz yaşamaq olur. Elə hallar olur ki, məsələn, ömür boyu müayinəyə getməyən pasiyent 70 yaşında qalxanabənzər vəzini ultrasəs müayinəsi ilə yoxlatdırmaq qərarına gəlir. Müayinə zamanı aşkarlanır ki, vəzi tamamilə düyünlərdən ibarətdir və ölçüsü də böyüyüb. Lakin həmin vaxta qədər narahatlıq hiss etməyib və orqanizmin hansısa funksiyasının pozulmasından şikayətçi olmayıb.

Lakin elə hallar da olur ki, vəzi böyüyür və boyunda narahatlıq yaranır. Artıq həmin hal qalxanabənzər vəzini ultrasəs müayinəsi etdirmək üçün əsas verir. Beləliklə, funksiyanın azalmasının əlamətləri zəiflik, yorğunluq, quru dəri, qəbizliyə meyil və gün ərzində yuxulu olmaqdır. Hansısa bir işi görmək üçün güc, enerji yoxdursa – bu, əsas əlamətdir. Lakin həmin hal sadəcə, yuxusuzluq və ya yorğunluqla da əlaqədar ola bilər. Qalxanabənzər vəzinin funksiyasının artmasının əlamətləri isə əksinə, hipermetabolizm, maddələr mübadiləsinin sürətinin artması, ürək döyüntüsü, bədən istiliyi, tərləmə, emosional qıcıqlanma, bədəndə, əllərdə titrəmə və səbəbsiz arıqlamadır. Qalxanabənzər vəzini xüsusi müayinə etməyə ehtiyac yoxdur. Əgər boyunda diskomfort və yaxud saydığım şikayətlər narahat edirsə, qanda qalxanabənzər vəzinin hormonları mütləq yoxlanılmalı və ultrasəs müayinəsi aparılmalıdır. Hormonlar normadadırsa, onda başqa müayinələrə ehtiyac qalmır.

- Şikayət yoxdursa, hansı hallarda qalxanabənzər vəzinin müayinəsi zəruridir?

- Qalxanabənzər vəzinin disfunksiyasına görə maksimum təhlükə toxumaların böyüməsi və differensasiyası dövründə baş verir, ona əsasən uşaqlıq, yeniyetməlik və hamiləlik dövründə rast gəlinir. Həmin kateqoriyalar üçün tiroid funksiyasının yoxlanılması son dərəcə vacibdir.

– Qalxanabənzər vəzinin sağlamlığını necə qorumaq olar?

– Qalxanabənzər vəzinin əsas xəstəlikləri yod çatışmazlığı ilə bağlıdır, ona görə də onun sağlamlığını qorumaq üçün yod profilaktikası aparmaq lazımdır. Əslində bunu etmək son dərəcə asandır. Yodun haradan gəldiyi aydındır, çünki orqanizm onu əsasən qidadan alır. Qida vasitəsilə qəbul olunan yod orqanizmə daxil olduqdan sonra qalxanabənzər vəzi lazım olduğu qədər qəbul edir və yerdə qalan hissəsi ilk sidiyə çıxdıqdan sonra xaric olur. Yod orqanizmdə yığılmır. Bu mikroelementin əsas mənbəyi müntəzəm yeyilməli olan dəniz məhsulları, həmçinin yodlaşdırılmış duz və ya dəniz duzudur.

- Qalxanabənzər vəzi xəstəliklərinin qarşısının alınması üçün nə tövsiyə edərdiniz?

- Bədəndəki yodun miqdarı qalxanabənzər vəzinin işinə çox təsir göstərir. Orqan özü yod ehtiyatı toplaya bilmədiyindən həmin maddənin qida ilə qəbulundan tamamilə asılı vəziyyətdəyik. Qalxanabənzər vəzinin yaxşı işləməsi üçün insan bir gündə 150-220 mikroqram yod qəbul etməlidir. Biz yodu yalnız qida vasitəsilə əldə edirik. Qəbul edilən yodun təbii olması çox vacibdir, çünki başqa formada olanda maddə orqanizm tərəfindən mənimsənilmir. Qida məhsullarından dəniz kələmi və digər bütün yosun növləri, şor su balığı, dəniz məhsulları, xurma, feyxoa və qozun tərkibi yodla zəngindir. Duzdakı yod orqanizm tərəfindən mənimsənilmir, qızdıranda isə buxarlanır. Onu da nəzərə almaq lazımdır ki, selen və sink maddələri olmadan da yodun mənimsənilməsi çətinləşir. Ona görə də ən yaxşısı dəniz məhsullarına, kələmin müxtəlif növlərinə üstünlük verilməsidir. Həmçinin zərərli vərdişlərdən uzaqlaşaraq, sağlam həyat tərzinə keçmək lazımdır. Hər hansı narahatlıqlar hiss edərkən dərhal həkimə üz tutmaq lazımdır. Qalxanabənzər vəzi xəstəlikləri bir çox xəstəliklər kimi vaxtında aşkarlananda müalicə olunandır.

Müsahibəni apardı:

Dilarə Zamanova

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub