İDMAN


"ART Grand Prix" komandasının pilotu Frederik Vesti Formula 2 yarışlarının sprint yürüşünün qalibi olub

Bakı, 11 iyun, AZƏRTAC

"ART Grand Prix" komandasının pilotu Frederik Vesti Bakıda Formula 2 yarışlarının ikinci sprint yürüşünün qalibi olub.

AZƏRTAC xəbər verir ki, “Prema Racing”in üzvü Cehan Daruvala yarışı ikinci, Liam Louson (“Carlin”) isə üçüncü sırada tamamlayıblar.

Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 21 dövrə vurublar.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Hitech Grand Prix” komandasının pilotu Jüri Vips bütün rəqiblərini qabaqlayıb. İlk üçlüyü “Carlin” komandasının üzvü Liam Louson və “Hitech Grand Prix” komandasının pilotu Markus Armstronq tamamlayıblar. Estoniyalı pilot Y.Vips sıralama turunda da birinci olub. Sıralanma turunda “Carlin” komandasının üzvü Liam Louson ikinci, “Prema Racing”in pilotu Dennis Hauqer üçüncü yeri tutublar.

İyunun 12-də saat 11:05-da isə əsas yarış keçiriləcək. Bu dəfə pilotlar 29 dövrədən ibarət yarışda güclərini sınayacaqlar.

On dörd mərhələdən ibarət yarışa noyabrın 18-20-də Əbu-Dabidə yekun vurulacaq. Bakı yürüşünə qədər keçirilmiş beş yarışın nəticəsinə görə, pilotların sıralamasına “MP Motorsport” komandasının üzvü Felipe Druqoviç 113 xalla başçılıq edir. Komandaların sıralamasında isə “MP Motorsport” 135 xalla birincidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.