İQTİSADİYYAT


"PAŞA Bank Georgia" “İlin bankı” adına layiq görülüb

Bakı, 21 noyabr, AZƏRTAC

“PAŞA Bank”ın Gürcüstanda fəaliyyət göstərən törəmə bankı "PAŞA Bank Georgia" “İlin bankı” mükafatına layiq görülüb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, mükafatı Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili “Caspian Energy Forum 2014” çərçivəsində "PAŞA Bank Georgia"nın Direktorlar Şurasının sədri Şahin Məmmədova təqdim edib.

Şahin Məmmədov qeyd edib ki, «Caspian Energy Forum 2014” Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrinin müzakirə olunması üçün platformaya çevrilib və yeni investisiyaların cəlb edilməsinə, Xəzər-Qara dəniz regionu ölkələrinin maliyyə sektorlarının inteqrasiyasına zəmin yaradır. “İnanırıq ki, müvəffəqiyyətimiz Azərbaycan ilə Gürcüstan arasındakı iqtisadi əlaqələrin daha da güclənməsinə öz töhfəsini verəcək” – deyə Ş.Məmmədov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.