REGİONLAR


"Valideyndə səriştə, təhsildə inkişaf" təlimlərinə 800-dən çox valideyn və şagird qoşulub VİDEO

Sabirabad, 2 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Sentyabrın 15-dən Sabirabad rayon orta məktəblərində “Valideyndə səriştə, təhsildə inkişaf" layihəsi üzrə təlimlər davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti təlim Qaratəpə kənd məktəbində gerçəkləşib. Müddəti üç ay olan təlimlər dekabrın 15-də yekunlaşacaq.

Layihəyə uyğun olaraq məktəblərdə valideynlərlə təlim xarakterli görüşlər təşkil olunur və mövzular ətrafında müzakirələr, həmçinin şagirdlər arasında sorğular aparılır.

Layihə rəhbəri Rövşən Məmmədsoy bildirib ki, təlimlər zamanı sinif rəhbəri və valideyn əməkdaşlığının düzgün qurulması, səriştəli valideyn modelinin formalaşdırılması mövzuları müzakirə olunur: “Həmçinin şagirdləri zərərli vərdişlərdən çəkindirmək, məktəbli yaş dövrünün davranış xüsusiyyətləri haqda maarifləndirmək məqsədilə görüşlər keçirilir. Bundan başqa, yaş psixologiyası, ailə, məktəb və cəmiyyət üçbucağının düzgün formalaşdırılması, hiperaktiv uşaqlarla davranış qaydaları, inklüziv təhsilə və xüsusi təhsilə yönəlmiş sağlamlıq imkanları məhdud olan məktəblilərlə davranış kimi təlimlər layihənin əsas mövzuları sırasında yer alır. Layihə 14 məktəbi əhatə edir və təlimlərdə indiyədək 421 şagird və 432 valideyn iştirak edib. Onlardan 12 valideyn və 14 şagirdə sertifikat təqdim olunub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.