İQTİSADİYYAT
"Kapital Bank"dan "Birincilərin oyunu" adlı hədiyyəli müsabiqə
Bakı, 19 sentyabr, AZƏRTAC
"Kapital Bank" "BirKart"ın facebook səhifəsində "Birincilərin oyunu" adlı müsabiqə keçirir. Müsabiqənin şərtlərinə görə, iştirakçılar səhifədəki oyunu oynayaraq (www.facebook.com/birkart.az/app/282528445452625/) xallar toplayır, həftənin qalibi olur və qiymətli hədiyyələr qazanırlar.
Bankdan AZƏRTAC-a bildiriblər ki, dörd həftə davam edəcək müsabiqə ərzində artıq "Play Station 4" və "Smart Wheel" öz sahiblərini tapıb. Bu həftə "Nikon D5200" fotoaparatı, gələn həftə isə "iPhone 6S" oynanılacaq.
Qeyd edək ki, "BirKart" özündə kredit, taksit, maaş, pensiya, depozit, bonus və debet kart funksiyalarını birləşdirir. "BirKart" rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur. Visa Classic, Visa Gold və Visa Platinum əsasında olan "BirKart" 36 ay müddətə verilir, balansındakı məbləğ isə müştərinin aylıq gəlirindən asılı olaraq 10 min manatadək ola bilər. Kartdan nağdsız xərclənən məbləği 40 günədək faizsiz güzəşt müddəti ilə bankın tərəfdaş şəbəkəsində xərclənən məbləği isə 2-12 və 18 ay müddətə taksitlə ödəmək olar.
"BirKart" haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın “facebook” səhifəsinə www.facebook.com/birkart.az müraciət etmək olar.