Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Abdominoplastika yalnız xarici görünüşü deyil, özünəgüvən hissini də artırır

Abdominoplastika yalnız xarici görünüşü deyil, özünəgüvən hissini də artırır

Bakı, 27 mart, Günel Məlikova, AZƏRTAC 

Hamiləlik, doğuş, kəskin arıqlama, piylənmə, keçirilmiş cərrahi əməliyyatlar və bir sıra digər amillərin təsiri nəticəsində qarnın forma və hüdudları dəyişir. Buna səbəb qarnın ön divarının əzələlərinin zəifləməsi, sərtliyinin itməsidir. Belə dəyişikliklər özünü sallanmış dəri, piy qatları, qırışlar, dəri çatları, sellülit və bir sıra digər hallarla büruzə verir. Bu da xarici görkəmi, qaməti korlayır və ən başlıcası da psixoloji kompleksə səbəb olur. Bundan əlavə qarnın ön divarının zəifləməsi fizioloji problemlərə də gətirib çıxarır. Nəticədə bu problem kompleks yaradaraq insanların həyatına birmənalı mənfi təsir göstərir. Gün ərzində klinikamıza bu tip problemlə əlaqədar çoxsaylı müraciətlər olur. Qarında əmələ gələn bu deformasiyalar demək olar ki, müxtəlif yaş qruplarına aid qadınların ümumi probleminə çevrilib.

Klinikamıza müraciət edən pasiyentlərin əksəriyyəti bu halın aradan qaldırılmasına idman və ya pəhrizin kömək etmədiyini bildirirlər.

Belə olan halda pasiyentlərə abdominoplastika və ya qarın gərmə əməliyyatı tövsiyə edilir. Bu əməliyyat qarnın ön divarının forma və funksiyasının vəziyyətini bərpa edərək görkəmi dəyişməyə imkan verir.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, tibb elmləri namizədi Elçin Abdinov bildirib.

Cərrah deyib: “Pəhriz və idmanın təsir etmədiyi, qarın dərisi sallanması əmələ gəlmiş və bədən konturları düzgün olmayan insanlar bu əməliyyat üçün uyğundurlar. Həkim olaraq məsləhət görərdim ki, arıqlamaq istəyənlər çəki atdıqdan sonra, hamiləlik haqqında düşünənlər isə doğuşdan sonra bu əməliyyatı etsinlər. Cərrahi müdaxiləyə qərar verməzdən əvvəl gözlədiyiniz nəticə haqqında yaxşı düşünməli və bunları cərrahınızla ətraflı müzakirə etməlisiniz. Əməliyyatın bir sıra şərtləri var. Xüsusilə siqaret çəkənlər bu pis vərdişdən əməliyyatdan dörd həftə əvvəldən və iki həftə sonraya qədər imtina etməlidirlər. Əməliyyatdan sonra günəş şüalarından mümkün qədər uzaq durmaq, E vitamini və ya aspirindən istifadə edənlərin isə bu dərmanların qəbuluna ara vermələri lazımdır. Əməliyyatdan öncə ağır pəhriz saxlamaq məsləhət görülmür. Bundan əlavə soyuqdəymə və ya başqa bir infeksiya əməliyyatın ertələnməsinə səbəb ola bilər.

Abdominoplastika piylənmənin müalicəsi deyil. Bu orta və alt qarın nahiyəsində olan artıq yağ və sallanmış dəri toxumasının alındığı və qarın əzələlərinin gərilərək sağlamlaşdırıldığı bir cərrahi müdaxilədir. Kök insanlar bu əməliyyatdan əvvəl arıqlaya bildikləri qədər arıqlamalıdırlar. Bu əməliyyat ilə kök göbək və qarın görünüşü nəzərəçarpacaq şəkildə düzəlir, lakin əməliyyatdan qalan çapıq izi keçmir.

Abdominoplastika üçün plastik cərrahlar tərəfindən istifadə edilən bir çox üsul var.

Əməliyyatdan öncəki ilkin müayinədə pasiyentin ümumi sağlamlığı, qarın nahiyəsindəki yağ miqdarı və yerləşməsi, qarın dərisinin sallanması və artıqlığı, dəri keyfiyyəti öyrənilir. Müayinə zamanı keçirilən və ya hələ də mövcud xəstəliklər, siqaret, spirtli içki kimi pis vərdişlər və qəbul olunan dərmanlar haqqında həkimə doğru və ətraflı məlumat verilməlidir. Bu əməliyyatı istəmə səbəbiniz və əməliyyatdan nələr gözlədiyiniz həkimlə hərtərəfli müzakirə olunmalıdır. Bundan əlavə müayinə zamanı, anesteziya növü, xəstəxanada qalacağınız müddət və əməliyyatdan sonra qarşılaşacağınız problemlər də həkimlə öncədən danışılmalıdır.

Tam abdominoplastika əməliyyatı genişliyindən asılı olaraq 2-5 saat, hissəvi abdominoplastika isə 1-2 saat davam edə bilər.

Ölkəmizdə cərrahlar bu əməliyyat üçün əsasən ümumi anesteziyaya üstünlük verirlər. Adətən bir qalçadan digərinə qədər uzanan, çimərlik geyiminin içinə gizlədilə bilən bir kəsik xətti və göbək dəliyi ətrafına ikinci bir kəsik aparılır. Hissəvi abdominoplastikada kəsik xətti daha qısa olur və göbək yeri dəyişdirilməyə bilər. Əməliyyat zamanı qarın dərisi, qasıqlardan etibarən qabırğa sümüklərinin səviyyəsinə qədər altındakı əzələlərdən sərbəstləşdirilir. Qarın əzələlərində bir zəiflik və ya yırtıq varsa, oraya əlavələr edilir, artıq dəri kəsilərək bədəndən kənarlaşdırılır.

Mini-abdominoplastikada isə aparılan prosedurlar daha məhduddur. Əməliyyat bitdikdən sonra yara istəyə görə tək və ya gizli, yəni intradermik tikişlə bağlanır. O nahiyədə toplanan artıq mayeni xaric etmək üçün dren adlı bir və ya iki boru dəri altına yerləşdirilə bilər.

Əməliyyatdan sonrakı ilk bir neçə gün qarın nahiyəsində şişlik və ağrı kəsici dərmanlarla aradan qaldırıla bilən ağrı ola bilər. Drenlər 1-3 gün, tikişlər isə 1-3 həftə sonra çıxarılır. Əməliyyat olunan pasiyentlər xəstəxanada təxminən 1-3 gün qalır. Əməliyyatın izi ilk 3-6 ay ağırlaşmış kimi görünə bilər, bu normaldır. İzlərin düzləşməsi və solması 9 ay ilə 1 ilə qədər uzana bilər.

Hissəvi və ya tam abdominoplastika əməliyyatları qarın əzələlərində zəiflik və ya dəri sallanması olan xəstələr üçün çox gözəl nəticə verir. Müntəzəm idman və pəhrizlə əldə olunan nəticə illərlə qoruna bilər.

Hər il yüzlərlə abdominoplastika əməliyyatı keçirilir. Hər cərrahi müdaxilə müəyyən risk daşıyır. Bu əməliyyat təcrübəli cərrah tərəfindən aparılmalıdır. Xəstənin əməliyyatı qəbul etməsində cərrahi müdaxilənin risk və faydalarının qarşılaşdırılması çox vacibdir.

Öncədən aparılan düzgün müayinə, uyğun xəstəxana şəraiti və təcrübəli cərrah olduqda bu əməliyyatın infeksiya və qanaxma kimi ağırlaşmalarına nadir rast gəlinir. Yaranın sağalmasında gecikmə, pis sağalma və ya yara izi qalması kimi hallarda ikinci əməliyyata ehtiyac ola bilər. Bu problemə siqaret çəkən insanlarda daha çox rast gəlinir.

Əməliyyatın uzaq nəticələrinə gəldikdə isə onu deyə bilərəm ki, yaşlanma, hamiləlik və ya çəkinin artıb-azalması ilə əlaqədar əməliyyat nahiyəsi xaricində bədən konturları dəyişə bilər. Ümumiyyətlə, bu və ya bunun kimi bir sıra məqamları cərrahla danışaraq öncədən məlumat almaq lazımdır.

Onu da qeyd edim ki, bir abdominoplastika əməliyyatı yalnız xarici görünüşü deyil, özünəgüvən hissini də artırır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO