ELM VƏ TƏHSİL
“Abituriyent Məsləhət Mərkəzləri”nin fəaliyyət dairəsi daha da genişləndirilib
Bakı, 17 avqust, AZƏRTAC
Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Azərbaycan Memarlıq və İnşaat universitetlərində onlara ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.
DİM-dən AZƏRTAC-a bildirilib ki, universitetlərdə yerləşən mərkəzlər şənbə, bazar günləri də işləyəcək. Bundan əlavə, (şənbə, bazar günləri istisna olmaqla) rayon təhsil sektorlarında DİM-in əməkdaşları və RTS-nin əlaqələndiriciləri tərəfindən abituriyentlərə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək.
Bölgələrdə rayon təhsil sektorlarında və məktəblərdə fəaliyyət göstərəcək “Məsləhət mərkəzləri” haqqında məlumat DİM-in saytında yerləşdirilib.