DÜNYA
ABŞ-ın gələn il üzrə sutkalıq neft hasilatına dair proqnozu azaldılıb
Bakı, 13 sentyabr, Nihad Budaqov, AZƏRTAC
ABŞ-ın 2019-cu il üçün xam neft hasilatına dair proqnozu gündəlik orta hesabla 200 min barrel azaldılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatında deyilir.
EIA-nın proqnozuna görə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,7 milyon barrel, gələn il isə gündəlik 11,5 milyon barrel olacaq.
Əvvəlki hesabatda ABŞ-ın neft hasilatının gələn il gündəlik 11,7 milyon barrel olacağı açıqlanmışdı.
Ölkənin neft istehsalı ötən il sutkada orta hesabla 9,4 milyon barrel təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]