ELM VƏ TƏHSİL
ABŞ-ın nüfuzlu universitetində Azərbaycan Dövlət İqtisad Universitetinin təqdimatı olub
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, dosent Şahin Bayramov ABŞ-ın Pensilvaniya Dövlət Universitetində “Humphrey Proqramı: səbəblər və gözləntilər” mövzusunda geniş təqdimatla çıxış edib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, Ş.Bayramov bu ali məktəb haqqında ətraflı məlumat verib, universitetin beynəlxalq əlaqələrindən bəhs edib, eyni zamanda, ali təhsil sahəsində kadr potensialının inkişafı baxımından bu proqramdan gözləntilər barədə danışıb.
Sonda təqdimat iştirakçılarının Azərbaycan, onun tarixi, ali təhsil sistemi və milli iqtisadiyyatı barədə sualları cavablandırılıb.