DÜNYA
ABŞ Konqresinin üzvü Ceki Valorski və daha üç nəfər yol qəzası nəticəsində həlak olub
![ABŞ Konqresinin üzvü Ceki Valorski və daha üç nəfər yol qəzası nəticəsində həlak olub](/files/2022/2/1200x630/16596041082159542731_1200x630.jpeg)
Vaşinqton, 4 avqust, AZƏRTAC
Nümayəndələr Palatasının (ABŞ Konqresinin aşağı palatası) üzvü, respublikaçı Ceki Valorski çərşənbə günü avtomobil qəzasında həlak olub. 58 yaşlı Valorski 2013-cü ildən İndiana ştatını Konqresdə təmsil edirdi.
AZƏRTAC xəbər verir ki, siyasətçi öz qərargahının əməkdaşı 28 yaşlı Emma Tomson, Sent-Cozef dairəsinin Respublikaçılar Partiyasının sədri 27 yaşlı Zak Potts ilə birlikdə yolsuzluq maşınında gedərkən qarşıdan gələn avtomobil onların maşınına pərçim olub. Elkhart dairə şerifinin ofisindən verilən məlumata görə, Valorski ilə birlikdə Tomson, Potts və digər avtomobilin sürücüsü 56 yaşlı Edit Şmuker də aldıqları zədələrdən həlak olublar.
Polis şerifinin ofisi bildirib ki, qəza günortadan sonra 19-cu magistralda Vakarusdan cənubda Konqresin ikinci seçki dairəsində baş verib. Valorski ABŞ Nümayəndələr Palatasında həmin dairəni təmsil edirdi. O, həm də Konqresdə veteranların işləri üzrə komitənin sədr müavini, koronavirusa qarşı mübarizə komitəsinin üzvü, baytarlıq təbabəti üzrə konqresmenlər fraksiyasının və “ABŞ-Yaponiya” kokusunun üzvü idi.
AZƏRTAC-ın Vaşinqton bürosu