ABŞ XAÇMAZDA ELEKTRİK SİSTEMİNİN BƏRPASI LAYİHƏSİNİ MALİYYƏLƏŞDİRİR
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) vəsaiti ilə “İcma inkişafı fəaliyyəti” Proqramı çərçivəsində reallaşdırılan daha bir layihənin - Xaçmaz rayonunun Aşağı Zeyid kəndində elektrik sisteminin bərpası layihəsinin icrası başa çatmışdır.
CHF İnternational və ÜMİD HSDM tərəfindən həyata keçirilmiş layihə sayəsində kənd sakinlərinin elektrik sistemindən istifadəsi üçün əlverişli şərait yaranmışdır.