REGİONLAR
Ağcabədi və Laçın rayon sərbəst güləşçiləri arasında yoldaşlıq görüşü keçirilib
Ağcabədi, 1 fevral, AZƏRTAC
2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən elan olunan “Gənclər həftəsi” çərçivəsində Ağcabədi Olimpiya İdman Kompleksində Ağcabədi və Laçın rayon idmançıları arasında sərbəst güləş idman növü üzrə yoldaşlıq görüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi və Laçın Rayon Gənclər və İdman idarələrinin birgə təşkil etdikləri yoldaşlıq görüşü gərgin idman mübarizəsi şəraitində keçib. Ağcabədi komandası əldə etdiyi nəticələrə əsasən görüşün qalib olub. Yoldaşlıq görüşünün yekunda ayrı-ayrı çəki dərəcələrində birinci, ikinci və üçüncü yerləri tutmuş güləşçilər diplom və medallara mükafatlandırılıb, qalib komandaya kubok təqdim edilib.