REGİONLAR
Ağcabədili kümçülər iki gün ərzində 2205 kiloqram barama tədarük ediblər
Ağcabədi, 7 iyun, AZƏRTAC
İki gündür ki, Ağcabədi rayonunda barama tədarükünə başlanılıb. Artıq kümçülərin yetişdirdikləri 2205 kiloqram məhsul rayonda “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib.
Ağcabədi Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 531 kümçü tərəfindən 1500 qutu (28 min 500 qram) ipəkqurdu toxumu yetişdirib. Cari mövsümdə Ağcabədidə 60 tondan artıq barama tədarük ediləcəyi gözlənilir.
Qeyd edək ki, rayonda baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min 761 kiloqram, 2018-ci ildə isə 37 min 146 kiloqram barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 380 min 700 ədəddən çox tut tingi əkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]