İDMAN
AGF Kuboku uğrunda ənənəvi beynəlxalq turnirdə gənclər arasında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulmuşdur
Bakı, 20 aprel (AZƏRTAC). “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günü yunan-Roma güləşi üzrə gənc pəhləvanlar mübarizəyə qoşulmuşlar.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Ramiz Məmmədov (50 kq), Sakit Quliyev (55 kq), Elman Muxtarov (60 kq), Şmaqi Bolkvadze (66 kq, Gürcüstan), Furkan Bayrak (74 kq, Türkiyə), Doğan Göktaş (84 kq, Türkiyə), Fatih Başköy (96 kq, Türkiyə) və Yakob Kajala (120 kq, Gürcüstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Milli komandamızın digər üzvləri Murad Məmmədov (55 kq), Tural Daşdəmirov (84 kq) gümüş, Əli Məmmədov (50 kq), Elnur Həsənov (55 kq), Hüseyn Abbasov (60 kq), Ruhin Mikayılov (66 kq), Orxan Nuriyev (84 kq), Türmən Eyyubov, Hacımurad Çöpsiyev (hər ikisi 96 kq) və Abbas Abdullayev (120 kq) bürünc medala sahib olmuşlar.
Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Tacikistan, Almaniya, Ukrayna və Qırğızıstan güləşçiləri də iştirak edirlər.