DÜNYA
Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər
Bakı, 30 aprel, AZƏRTAC
Heç bir dövlət kosmosda nüvə silahı yerləşdirməkdə maraqlı olmamalıdır.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla ABŞ-ın müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plum Vaşinqtondakı Meridian Mərkəzində çıxış edib.
“Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər, xüsusən də aşağı Yer orbitinə əhəmiyyətli ziyan vura bilər",- deyə Con Plum qeyd edib.
Vurğulayıb ki, ABŞ Rusiyanın bu cür silahların kosmosda yerləşdirilməsi ehtimalı ilə bağlı bəyanatlarına çox ciddi yanaşır.
Qeyd edək ki, bu ilin fevralında ABŞ hökuməti, o cümlədən Prezident Cozef Bayden səviyyəsində Rusiyanı sübut təqdim etmədən kosmosa nüvə silahı yerləşdirmək imkanını nəzərdən keçirməkdə ittiham edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [21:16]
Blinken: ABŞ Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək
- 21.05.2024 [20:22]
Yazıçı Boris Vasilyev: “Belə bir peşə var - Vətəni sevmək”
- 21.05.2024 [17:53]
Meksikada ekstremal istilər meymunların ölümünə səbəb olur
- 21.05.2024 [17:04]
Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir
- 21.05.2024 [17:00]