İDMAN
Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı Vətənə dönüb
Bakı, 1 may, AZƏRTAC
Yunanıstanın Rodos adasında təşkil edilən şahmat üzrə şəxsi Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım Ülviyyə Fətəliyeva Vətənə dönüb.
AZƏRTAC xəbər verir ki, idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri qarşılayıblar.
Ülviyyə Fətəliyeva X turda Gürcüstan təmsilçisi Nina Batsiaşvili ilə heç-heçə edərək qitə çempionluğunu qazanıb.
Bu nəticədən sonra xallarını 8,5-ə çatdıran şahmatçımız rəqibləri üçün əlçatmaz olub.
Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [18:56]
Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub
- 21.05.2024 [18:03]
Azərbaycanın daha 2 güləşçisi Bakıdakı Avropa çempionatında finala yüksəlib
- 21.05.2024 [17:53]
Peşəkar Çövkən Liqasına 2 oyunla start verilib
- 21.05.2024 [16:58]
Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək
- 21.05.2024 [16:43]
“Avro-2024”: Ronaldu Portuqaliya millisinin yekun heyətinə cəlb edilib
- 21.05.2024 [15:10]
Toni Kroos karyerasını başa vuracağını açıqlayıb
- 21.05.2024 [14:51]