İQTİSADİYYAT
Ağsuda baytarlıq idarəsi üçün inşa edilən binada son tamamlama işləri aparılır
Ağsu, 8 avqust (AZƏRTAC). Ağsu şəhərindəki M.Ə.Rəsulzadə küçəsində baytarlıq idarəsi üçün inşa edilən ikimərtəbəli ofis və laboratoriya binasında son tamamlama işləri aparılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, bina dövlət vəsaiti hesabına tikilir. Müasir arxitektura üslubunda inşa edilən binada yüksək və operativ baytarlıq xidməti üçün bütün lazımi şərait yaradılacaq.
Heyvandarlıq rayonda aqrar sektorun aparıcı sahələrdəndir. Təzə binada kifayət qədər xidmət otaqları, habelə ən müasir avadanlıqlarla təchiz ediləcək laboratoriya fəaliyyət göstərəcək.
Binanın bu ilin dördüncü rübündə istifadəyə verilməsi nəzərdə tutulub.