ELM VƏ TƏHSİL
Akademik Azad Mirzəcanzadənin 85 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcəkdir
Bakı, 7 sentyabr (AZƏRTAC). Noyabrın 21-22-də Əməkdar Elm Xadimi, akademik Azad Mirzəcanzadənin 85 illiyinə həsr olunmuş “Neft-qaz sahəsində qeyri-Nyuton sistemlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir.
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, konfransda iştirak etmək istəyənlər məruzə ediləcək işin tezisini disklə birlikdə oktyabrın sonunadək instituta təqdim edə bilərlər (parametrlər: 1-3 səh., Microsoft Word, Times New Roman, şrift-14, interval-1,5).
Konfransda plenar məruzələrə 30 dəqiqə, seksiyalardakı məruzələrə 10-15 dəqiqə vaxt ayrılması nəzərdə tutulmuşdur.
Konfransın rəsmi dili Azərbaycan, ingilis və rus dilləridir.