Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik Nadir Mir-İbrahim oğlu Seyidov – elm üçün yaşanan ömür

Bakı, 19 may, AZƏRTAC

Bu il AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycanda polimer kimyası məktəbinin yaradıcılarından sayılan Nadir Mir-İbrahim oğlu Seyidovun 90-illik yubileyi qeyd olunur.

AZƏRTAC bununla bağlı AMEA Neft-Kimya Prosesləri İnstitutunun Katalitik krekinq və piroliz laboratoriyasının müdiri, texnika elmlər doktoru, professor Hikmət İbrahimovun məqaləsini təqdim edir.

Akademik Nadir Seyidov yarım əsrdən artıq bir dövrü əhatə edən zəngin yaradıcılıq, elmi-təşkilati və ictimai fəaliyyət yolu keçib.

Nadir Mir-İbrahim oğlu Seyidov 1932-ci il aprelin 28-də Naxçıvan şəhərində anadan olub. Atası - Mir-İbrahim Seyidov zəhmətkeş bir insan, anası - Dilbər xanım evdar qadın, “qəhrəman ana” idi, 8 övlad - 3 oğlan, 5 qız dünyaya gətirmişdi.

O, ilk təhsilini Naxçıvan şəhərindəki 1 saylı orta məktəbdə alıb, 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub. Onun kimya elminə böyük maraq göstərməsi o illərdə ADU-nun rektoru olmuş, bu günsə Neft-Kimya Prosesləri İnstitutunun adını qürurla daşıdığı dünyaşöhrətli alim akademik Yusif Məmmədəliyevin diqqətindən kənarda qalmayıb. Nadir Seyidovun diplom rəhbəri olmuş görkəmli alim ona xüsusi qayğı ilə yanaşıb. 1955-ci ildə universiteti bitirdikdən sonra N.Seyidov ilk əmək fəaliyyətinə Y.Məmmədəliyevin tövsiyəsi və göndərişi ilə 2 saylı qapalı müəssisədə - Olefinlər İnstitutunda başlayaraq, əvvəlcə laborant, sonra isə kiçik elmi işçi, sektor, laboratoriya və şöbə müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb, 1997-ci ildən elmi fəaliyyətini AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda davam etdirib.

1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutuna aspiranturaya qəbul olunub və 1960-cı ildə namizədlik dissertasiyası, 1969-cu ildə “Aşağı molekullu olefinlər əsasında yeni sintetik kauçukların alınması” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və həmin ildə professor elmi rütbəsini alıb.

1989-cu ildə N.Seyidov yüksəkmolekullu birləşmələr ixtisası üzrə akademiyanın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. 2008-2013-ci illərdə AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsində çalışıb.

1962-ci ildə Elastomerlər laboratoriyasının rəhbəri kimi N.Seyidov yüksəkmolekullu birləşmələr kimyası sahəsində yeni istiqamət sayılan Tsiqler-Natta sistemlərindən katalizator qismində istifadə etməklə aşağı molekullu olefinlər əsasında yeni sintetik kauçukların alınması sahəsində fəaliyyət göstərməyə başlayır. Qeyd etmək lazımdır ki, bu problemlə, eyni zamanda, keçmiş SSRİ-də Ümumittifaq Elmi-Tədqiqat Sintetik Kauçuk İnstitutu (ВНИИСК, Leninqrad şəhəri) da məşğul olurdu.

N.Seyidovun rəhbərliyi ilə etilenin propilenlə Tsiqler-Natta katalizatorların iştirakı əsasında birgə polimerləşmə prosesləri hərtərəfli öyrənilməyə başlanılır. Tezliklə onun rəhbərliyi ilə etilen-propilen kauçukunun prinsipial olaraq yeni üsulla alınması təklif edilir: somonomer olan propilenin soyudulub sıxılmaqla mayeləşdirilməsi və kauçukun suspenziya rejimində həlledicisiz həyata keçirilməsi. Suspenziya üsulunun bir sıra üstünlükləri var idi: prosesin istiliyinin propilen vasitəsilə effektli tənzimlənməsi, prosesi alınmış sopolimerin yüksək qatılığında belə aparmağın mümkünlüyü, suspenziyanın reaktordan asanlıqla çıxarılması, texnoloji sxemin sadələşməsi, bir sözlə, prosesin iqtisadi göstəricilərinin nəzərə çarpacaq dərəcədə (25-30 faiz) yaxşılaşması və s. Təəssüflə qeyd etmək istərdim ki, SSRİ-də patentləşmə işləri ağır və ləng getdiyindən, akademik N.Seyidov tərəfindən ilk müəlliflik şəhadətnaməsi yalnız 1965-ci ildə alınır. Etilen-propilen kauçukunun alınması üçün iri həcmli təcrübə qurğusu inşa olunur və müxtəlif çeşidli kauçukların alınmasına başlanılır. SSRİ Neft Emalı və Neft Kimyası Sənayesi Nazirliyi tərəfindən EPSK-nun hər iki rejimdə sənayedə reallaşdırılması təklif olunur və qəbul edilir.

Qeyd etmək istərdim ki, Ümumittifaq Elmi-Tədqiqat Sintetik Kauçuk İnstitutundakı qurğu yalnız avtoklav rejimində işləyirdi. Leninqrada ezam olunanda, orada laboratoriya müdiri, gözəl insan İqor Afanasiyevlə qurğu ilə tanışlıq zamanı mən Nadir müəllimin texnoloji sxeminin çox fərqli olduğunu ona bildirdim və onu Nadir müəllim adından Bakıya dəvət etdim. Bakıda olarkən etilen-propilen yarımsənaye qurğusu böyük həcmdə müxtəlif özlülüklü elastomerlər istehsal edirdi və o, qurğu ilə yaxından tanış olduqdan sonra Nadir müəllimə çox böyük işlərə nail olduğunu bildirdi və tək EPSK deyil, bu kauçukun digər olefinlərlə modifikasiyası istiqamətində də önəmli işlər gördüyünü xüsusi vurğuladı.

Etilen-propilen kauçukunda ikiqat rabitələr olmadığından, onun rezinə çevrilməsini təmin etmək məqsədilə Nadir müəllimin rəhbərliyi altında qısa müddət ərzində divinilin tsiklopentadienlə birgə dimerləşməsindən vinilnorbornen və onun katalitik izomerləşməsindən etilidennorbornenin alınması texnologiyası yaradılır, iri təcrübə qurğusu Olefinlər İnstitutunda inşa olunur.

Etilenin butilenlərlə, penten-1, heksen-1, 4-metil-penten-l-lə sopolimerləşmə proseslərinin kinetik qanunauyğunluqlarının öyrənilməsi, ikili-, üçlü- və çoxkomponentli monomer sistemləri üçün nisbi aktivliklərinin müxtəlif metodlar vasitəsilə hesablanması N.Seyidovun apardığı tədqiqatların əsasını təşkil edib. Etilenin propilenlə və digər olefinlərlə sopolimerləşməsi prosesinin sistematik olaraq öyrənilməsi bir tərəfdən etilen-ά-olefın sırası sopolimerləşmə proseslərinin ümumi qanunauyğunluqlarını müəyyən etməyə, digər tərəfdən isə alınmış sopolimerlərin bir-birindən fərqli xüsusiyyətlərinin müəyyənləşdirilməsinə imkan verdi. Göstərildi ki, reaksiya zamanı götürülən ά-olefinlərin molekul kütləsi artdıqca, alınmış sopolimerlərin elastomer xassələri yaxşılaşır, polietilenə xas olan psevdokristallaşmanın qarşısının alınması üçün somonomerin maye fazada iki dəfədən belə az miqdarda götürülməsi kifayət edir.

Etilen-propilen kauçukunun vulkanlaşma sürətinin aşağı olması (45-60 dəqiqə) və digər kauçuklarla birgə yerləşməməsi bu istiqamətdə də tədqiqatların aparılmasını tələb edirdi. Nadir müəllim problemin həllini üçlü sistemlərdən etilen-propilen-buten (heksen-1) istifadədə gördü. Maye fazada propilenlə yanaşı 6-10 faiz heksen-1-in yerləşdirilməsi prosesin mülayim şəraitdə getməsini təmin etməklə yanaşı, etilen manqalarının böyüməsinin qarşısını alır, monomerlərin zəncirboyu paylanması yaxşılaşır və bunların nəticəsində vulkanlaşma sürətinin 15-20 dəfə artması baş verir.

Üçüncü komponentin - heksen-1-in etilen-propilen kauçukunun tərkibinə daxil edilməsi digər bir problemin aradan qaldırılmasına köməklik göstərdi. EPSK-də dien komponenti kimi etilidennorbornenin istifadəsi təklif olunduğu halda (çünki ditsiklopentadien tikili polimer verirdi), etilen-propilen-heksen birgəpolimerində vulkanlaşdırıcı agent kimi asan tapılan və ucuz DSPD götürülməklə effektli nəticələr əldə olundu, vulkanlaşma sürəti və rezinin qırılmağa qarşı möhkəmliyi, digər polimerlərlə, məsələn, natural, sintetik izopren və butadien-stirol kauçukları ilə birgə vulkanlaşması yüksəldi.

Təcrübi qurğuda sınaqların müsbət nəticə verməsinə, proses üçün reqlament tərtib olunmasına və tonlarla müxtəlif özlülüklü ikili- və üçlü EPSK istehsal olunaraq SSRİ-nin kabel və şin sənayesinin aparıcı təşkilatlarında uğurla sınaqdan çıxarılmasına baxmayaraq, keçmiş Sovet İttifaqında dağılması bu prosesin sənayedə tətbiq edilməsinə imkan vermədi.

Özünün “Etilen və ά-olefinlər əsasında yeni sintetik kauçuklar” monoqrafiyasında Nadir Seyidov bu sahədə dünya ədəbiyyatı ilə yanaşı, apardığı işləri ümumiləşdirib, monoqrafiya bu sahədə işləyən alimlərin diqqətini cəlb edib. Xarici alimlərin etdikləri çoxsaylı istinadlar kitabın bu gün də öz aktuallığını itirmədiyini bir daha sübut edir. Monoqrafiyaya verilən iki rəyi diqqətə çatdırmaq istərdim: “Alim kimi N.Seyidovu yüksək elmi erudisiya, işlənən problemi dərindən dərketmə, məqsədyönlülük, özünə və əməkdaşlarına qarşı yüksək tələbkarlıq xarakterizə edir. Bu xüsusiyyətlər ona polimer kimyasında özünəməxsus istiqamətin yaradılmasına və məktəbi tərəfindən müvəffəqiyyətlə inkişaf etdirilən aşağımolekullu olefinlər əsasında yeni kauçukların alınması məsələlərinin həllinə imkan verib” (İki dəfə SSRİ Dövlət mükafatı laureatı, müəllimi akademik M.A.Dalin). “N.Seyidovun təqdim etdiyi iş asan tapılan və ucuz karbohidrogenlər əsasında sintetik kauçukların alınması sahəsində aparılan ən fundamental tədqiqatlardan biridir...” (SSRİ EA müxbir üzvi, V.F.Yevstratov).

N.Seyidovun rəhbərliyi ilə aparılmış geniş elmi-tədqiqat işləri içərisində ά-metilstirolun dimerləşmə reaksiyasının öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. O, müxtəlif katalizatorlar tətbiq etməklə, dimerləşmə reaksiyasını istənilən iki izomerdən birinin alınmasına yönəldilmənin mümkünlüyünü göstərib, DAMS-ın tərkibinə daxil olan kristallik dimerin miqdarından asılı olaraq onun fiziki-kimyəvi və dielektrik xassələrinə təsiri ətraflı tədqiq olunub. DAMS əsaslı yağların fiziki-kimyəvi və istismar xassələrinin kompleks şəkildə öyrənilməsi onun geniş temperatur intervalında yüksək termodinamiki davamlılığa malik olmasının sübut edib və bu dimerdən baza sistemi kimi məqsədli kompozisiyaların, əsasən, elektroizolyasiya mayelərinin hazırlanmasında işlənməsi tövsiyə olunub.

Yüksək fiziki-kimyəvi xassələrə malik AMS əsaslı yağlardan sürtünmə mayesi və kauçuklar üçün plastifikator kimi istifadə imkanları Nadir müəllim və əməkdaşları tərəfindən ətraflı öyrənilib, sürtünmə əmsalının istismar xüsusiyyətlərinə görə xarici şirkətlərin istehsal etdiyi Santotrak yağından 3-12 faiz üstün olduğu tədqiqatlar nəticəsində təsdiqlənib. Rusiyada qapalı institutlarda keçirilən uzunmüddətli sınaq təcrübələri nəticəsində müəyyənləşdirilib ki, ballastik raket yanacaqlarında transformator yağının tərkibində karbosiklik struktur fraqmentləri saxlayan dimer əsaslı plastifikatorlarla əvəz edilməsi lazımi enerji-kütlə xüsusiyyətlərinə malik olan termodinamik impulsunu saxlamaqla yanacağın sıxlığını yüksəldir ki, bu da raketlərdə uçuş məsafəsini 220-245 km artırmağa imkan verir. Beləliklə, aparılan tədqiqatlar α-metilstirol dimerlərindən sintetik alkenilaromatik yağlar kimi təkcə xalq təsərrüfatının müxtəlif sahələrində deyil, həm də kosmik texnikada istifadə olunmasını göstərmiş oldu.

Sonrakı illərdə α-metilstirolun dimerləşməsi prosesi üçün tələbələri tərəfindən yeni effektli, selektiv heterogen katalitik sistemlər sintez edildi, prosesin reqlamenti tərtib olunmaqla istehsalı təşkil olundu, tonlarla maye dimer alınaraq Ust-Kamenoqorsk şəhərinə göndərildi və güc kondensator yağı qismində sınaq təcrübələri uğurlu nəticələr verdi.

Keçən əsrin 70-ci illərindən başlayaraq akademik N.Seyidovun rəhbərliyi ilə dünya praktikasında yeni olan yüksək aktivliyə və stabilliyə malik kation tipli katalizatorların alınma üsulları yaradılıb. Metallik alüminiumun tetraxlormetan ilə xlorlaşdırılması yolu ilə alınmış katalitik kompleks dünyanın 10-dan artıq ölkəsində patentləşdirilib. N.Seyidov ilk dəfə olaraq göstərib ki, alüminium dördxlorlu karbonu atomar karbona - nanokarbona qədər reduksiya edir və nanokarbon proses zamanı əmələ gələn alüminium xlorid dimeri ilə kompleks əmələ gətirir və hissəciklər atomar karbonun təsiri altında dayanıqlı quruluş formalaşdırır ki, bunlar da yüksək aktivliyə malik katalitik sistemin alınmasını təmin edir.

Göstərilən katalizatorun sənaye qurğularında sınaqdan çıxarılması və tətbiqi məqsədilə iri təcrübi qurğu qurulub, onun alınma texnologiyası öyrənilib. Prosesin reqlamenti hazırlanmış və yarımsənaye katalizatoru şərti olaraq B-18 adlandırılıb. Alınmış katalizator sənaye miqyasında bir sıra proseslərdə, о cümlədən Sumqayıt “Üzvi sintez” İstehsalat Birliyində poliizobutilen, “Nijnikamskneftexim” İstehsalat Birliyində suspenziya metodu ilə çətin alınan BK-1675 markalı butil kauçuk, Tolyati sintetik kauçuk zavodunda həlledici mühitində alınan butilkauçuk, Kremençuk zavodunda poliizobutilen istehsalında müvəffəqiyyətlə sınaqdan çıxarılır və müəyyənləşdirilir ki, bu katalizatorun iştirakı ilə prosesin iqtisadi göstəriciləri, məhsulun keyfiyyəti, eləcə də ekoloji parametrləri xeyli yüksəlmiş olur. Sənaye sınaq təcrübələrinin nəticələri onu göstərdi ki, təklif edilən katalizatorun müxtəlif proseslərdə istifadəsi alüminium xloridlə müqayisədə onun sərfini 2-4 dəfə azaltmış olur, polimerizatorda işləmə müddətini artırır və polimerləşmə prosesinin temperaturunu -103°C-dən -85°C-dək yüksəldir. Bunları nəzərə alaraq, katalizatorun digər bu tipli proseslərdə istehsalında geniş istifadə edilməsi qərara alınır.

Qeyd etmək lazımdır ki, sonralar N.Seyidov tərəfindən digər xlorlu karbohidrogenlər əsasında alınmış katalizatorlar olefinlərin oliqomerləşməsi və birgəpolimerləşməsi üçün istifadə edilib və aşağı temperaturda donan yüksək özlülük indeksinə malik olan sintetik yağlar alınıb. Etilenin heksenlə sopolimerləşməsi nəticəsində sintez edilən yağlar “ağ yağ” kimi tibdə, ətriyyatda və qida maddələri hazırlayan maşınların yağlanmasında istifadə edilib. N.Seyidov və onun əməkdaşları tərəfindən yalnız katalizatorların alınması, onların istifadəsi sahəsində 30-dan çox müəlliflik şəhadətnaməsi, 16 xarici patent (ABŞ, Yaponiya, İtaliya, Rumıniya, Hindistan, Almaniya və s.) alınıb.

Tədqiqatlar göstərdi ki, katalizatoru qızdırmaqla alüminium xloridi süblümə yolu ilə sistemdən ayırmaq mümkündür. Bunu əsas tutaraq N.Seyidovun rəhbərliyi altında NKPİ-də ilk dəfə xlortərkibli karbohidrogenlər və metal alüminiumun qarşılıqlı təsirindən alınmış katalitik sistemlərdən nanokarbonun sintezi üsulu işlənib hazırlandı və patentləşdirildi.

Nadir müəllim sənaye əhəmiyyətli proseslərin optimallaşdırılması və modelləşdirilməsi məsələlərinə xüsusi diqqətlə yanaşırdı. Onun rəhbərliyi altında etilenin propilenlə sopolimerləşməsi prosesinin riyazı modeli tərtib edilib, alınmış riyazı model əsasında reaktordakı təzyiq və temperaturun sabitlik şərtləri hesablanıb, reaktorun işə salınması və dayandırılması daxil olmaqla müxtəlif rejimlərdə idarəedici parametrləri müəyyənetmə alqoritminin blok-sxemi tərtib edilmiş, seçilmiş şəraitdə reaktorun yüksək məhsuldarlıqla soyuducu-kondensatorsuz işləyə bilməsi müəyyənləşdirilib.

Akademik N.Seyidov həmişə yeniliyi sevən bir insan idi. O, yeni katalitik sistemlərin iştirakı ilə olefinlər əsasında yüksək özlülük indeksli yağların alınmasını perspektivli hesab etsə də, mühərrik yağlarının sintezində etilen-propilen birgəpolimerlərinin ideal xammal mənbəyi olduğunu nəzərə alaraq, EPSK-nun parçalanma məhsulları əsasında özlülük aşqarının yaradılması istiqamətində də geniş elmi-tədqiqat işləri aparıb. Etilen-propilen birgəpolimerlərinin vakuum şəraitində parçalanması prosesinin qanunauyğunluqları ətraflı tədqiq olunub, təcrübi-sınaq qurğusu yaradılıb, istehsalı təşkil olunub, bu üsulla etilen-propilen kauçukundan müxtəlif çeşıdli sintetik, yarımsintetik, о cümlədən neftdən çətin alınan yağlar sintez edilib, bu yağlar istismar sınaqlarından keçərək tətbiq üçün tövsiyə edilib.

N.Seyidovun rəhbərliyi ilə olefinlər əsasında yüksək keyfiyyətə malik olan yeni tip, vulkanlaşmadan yüksək fiziki-mexaniki göstəriciləri özündə daşıyan termoelastoplastların, о cümlədən “yaddaşa” malik polimer materialların alınması, onların xassələrinin öyrənilməsi istiqamətində tədqiqat işləri aparılıb. Axtarışlar nəticəsində sopolimerin tərkibində uzun manqalar formasında etilenin və propilenin paylanmasını təmin edən katalitik sistem yaradılmış və onun iştirakı ilə yüksək çıxımla etilen-propilen termoelastoplastı sintez edilib.

Yüksəkixtisaslı mütəxəssis olan N.M.Seyidov yüksəkmolekullu birləşmələr sahəsində özünəməxsus istiqamət yaratmaqla, bu məktəbin əsasını qoyub. O, 400-dən çox əsərin, о cümlədən 4 monoqrafiya, 100-dən çox müəlliflik şəhadətnaməsi, 16 xarici patentin müəllifidir. Akademik N.Seyidovun elmi kadrların hazırlanmasında da böyük xidməti olub, onun rəhbərliyi ilə 4 elmlər doktoru, 40 tədqiqatçı elmlər namizədi alimlik dərəcəsi alıb. О, uzun illər respublikamızın bir sıra ali məktəblərində, о cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

Akademik N.Seyidov respublikamızın elmini müxtəlif simpozium və konfranslarda, о cümlədən Praqada, Budapeştdə, Milanda, Helsinkidə, Ankarada, Krakovda, Kiyevdə, Alma-Atada, Daşkənddə, Moskvada, Sankt-Peterburqda layiqincə təmsil edib. 1997-ci ildə Beynəlxalq Energetika və Ekologiya Akademiyasının həqiqi üzvü seçilib.

N.Seyidov 1968-1980-ci illər ərzində Sosialist Ölkələri Qarşılıqlı İqtisadi Yardım Şurasının kauçuklar üzrə işçi qrupunun üzvü, AEA-nın yüksəkmolekullu birləşmələr üzrə koordinasiya şurasının sədri (sonra müavini), 2003-2005-ci illərdə Azərbaycan Prezidenti yanında AAK-da kimya bölməsinin Ekspert Şurasının sədri olub. Görkəmli alim bir sira jurnalların redaksiya heyətinin üzvü, Kimya Problemləri jurnalının baş redaktoru idi. Elmi və əmək fəaliyyətinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, “Şərəf Nişanı”, “Şöhrət” ordeni ilə təltif olunub, AMEA-nın fəxri fərmanları ilə mükafatlandırılıb. Nailiyyətlərinə və cəmiyyətə verdiyi töhfəyə görə akademik 2002-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən təsis olunmuş Amerika Şöhrəti” qızıl medalını alıb və “İlin Adamı” seçilib. 2012-ci ildən Prezident təqaüdçüsü idi.

Mənim həyatımda Nadir müəllimin müstəsna rolu olub. İlk əmək fəaliyyətimə Nadir Seyidovun rəhbərlik etdiyi laboratoriyadan başlamışam və tale elə gətirdi ki, sonralar - ömrünün son illərini o, mənim rəhbərlik etdiyim laboratoriyada keçirdi.

Nadir müəllim çox sadə, xeyirxah, qayğıkeş, gülərüz, nikbin bir insan idi. O, öz bildiklərini dostları, yoldaşları, tələbələri ilə bölüşməyi sevər, şahmat oynamağı, şeir deməyi, lətifələr söyləməyi çox xoşlardı. Məruzəni hazırlayarkən, onun arxiv materialları arasında müəlliflər tərəfindən Nadir müəllim haqqında xoş sözlər yazmış, ona bağışlanmış müxtəlif elm və incəsənət xadimlərinin kitablarına rast gəldim. Bu da Nadir müəllimin hərtərəfli bir insan, ziyalı olduğunun bir daha sübutu idi.

Kəskin ağrılarına baxmayaraq həyatının son günlərində belə zarafatından qalmadı, sönən gözləri sanki bizə onun bu dünyadan köçməyə hazır olduğunu deyirdi. Nadir Mir-İbrahim oğlu Seyidov 2015-ci il oktyabrın 5-də 83 yaşında dünyasını dəyişdi. Allah rəhmət eləsin…

Nadir müəllim bu dünyadan köçsə də, onun ideyaları davam etdirilir və düşünürəm ki, onun şərəfinə AMEA Rəyasət Heyəti və Kimya Bölməsi, NKPİ tərəfindən elmi konfransın təşkil olunması Nadir müəllimə, ümumilikdə ziyalılarımıza göstərilən mənəvi borc, qayğı və diqqətin bariz nümunəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq yardım paketini təsdiqləyib

COP29 iştirakçı ölkələr üçün iqlim böhranının həlli istiqamətində konkret addımlar atmağa bir fürsətdir

ABŞ-da sursat istehsal edən zavodda partlayış olub, xəsarət alanlar var

İsraildə Qərbi Nil qızdırmasından 11 nəfər ölüb

Araşdırma: 390 min insanın məlumatları əsasında multivitaminlərin ömrü uzatmadığı müəyyənləşib

İsrail girovlarla bağlı HƏMAS-dan cavab aldığını bildirib

Ağ ev: Bayden seçki kampaniyasını tərk etməyi düşünmür

Altı nəfərin həyatına son qoyan “Beril” qasırğası Yamaykaya doğru irəliləyir

Avropa çempionatı: Azərbaycan güləşçisi ikinci olub

Astanada nümayəndə heyətlərinin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi verilib

Prezident İlham Əliyev: Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir

Si Cinpin: Azərbaycan və Çin yaxşı dostlardır, yaxşı tərəfdaşlardır

Bayden Ukraynaya əlavə 150 milyon dollar hərbi yardım göndərilməsi barədə göstəriş verib

XİN: Astana görüşü Azərbaycanın, Pakistanın və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərdə genişlənməsinə təkan verəcək

Ayxan Hacızadə: Azərbaycan və Çin liderlərinin görüşü bir daha göstərdi ki, ölkələrimizin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir

Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə müdafiə mexanizmlərindən istifadənin yolları öyrədilib

Türkiyə və Rusiya prezidentləri ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə edilir

Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib

Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar

Çinin Sian şəhərindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib VİDEO

Peterburq Beynəlxalq Hüquq Forumunda cinayətlərin profilaktikası barədə Azərbaycan təcrübəsindən danışılıb

Yazıçı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur

Londonda avtobus dayanacağında tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb

A.Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

Britaniyada parlament seçkiləri: Leyboristlər qalib olacaqları təqdirdə nələr vəd ediblər?

Məscidlərdə vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb

İrakli Kobaxidze: Gürcüstan regionda təhlükəsiz və sabit mühitin yaradılmasına töhfə verməyə hazırdır

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü

"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş olub YENİLƏNİB-2 VİDEO

Türkiyə XİN: Tarixi və mədəni simvola siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq

“Qəmər bəyim Şeyda. Zülmün daşqını” kitabı çapdan çıxıb

Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır

Astana Zirvə görüşü təmasların daha da sıx qurulması baxımından çox əhəmiyyətlidir ŞƏRH

BSU-da elmi seminar: Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafı

ABŞ-da meşə yanğınları səbəbindən 13 min nəfər təxliyə edilib

Ötən ay 23 aptekdə yoxlama aparılıb

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb

Kimya Elmləri üzrə Problem Şurasının iclasında səkkiz dissertasiya mövzusu müzakirə edilib

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi “Kembric” statusu alıb

Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyib

Azərbaycan və Kamerun arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın iki həndbol hakimi Açıq Avropa çempionatına təyinat alıb

Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Hotellərə ulduz dərəcələri verilib və rezervasiya platformasının təqdimatı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir

Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub

Tanınmış basketbolçu ilə müqavilə yenilənir

Azərbaycan və Rusiya teatrları arasında əməkdaşlıq əlaqələri genişlənəcək

AAYDA CAREC proqramına üzv ölkələrin tədbirində iştirak edib

Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar

Səbail rayonunda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə götürülüb VİDEO

Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb VİDEO

Türkiyə ilə Azərbaycan arasında din sahəsində qarşılıqlı fəaliyyət müzakirə olunub

Bakıdakı Rus evində professor Rauf Nərimanbəyliyə həsr olunmuş konsert olub

Sus kəndində ilk körpə dünyaya gəlib

“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək

Vatikan rəsmisi Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib

RF Federasiya Şurası Rusiya nümayəndə heyətinin ATƏT PA-da fəaliyyətini dayandırması qərarını yekdilliklə dəstəkləyib

® ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib   YENİLƏNİB-2 VİDEO

Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr - dəyirmi masa

Azərbaycan Badminton Federasiyası Botsvanaya invertar ianə edib

Fuad Nağıyev: Turizm və hotelçilik sənayesi COP29-a tam hazırdır

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində 750-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Hərbi Prokurorluq Daxili Qoşunlarla birlikdə tədbir keçirib

KOB-ların yaşıl iqlim maliyyələşməsində rolunun artırılması sahəsində seminar keçiriləcək

Parlament seçkiləri ilə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılıb

Firuddin Əliyev: İşğaldan azad olunmuş yerlərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi yaradılacaq VİDEO

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanı özünün ən fəal tərəfdaşlarından biri hesab edir  - RƏY

Azərbaycanda geoparkların yaradılması nəzərdə tutulur

Misirdə yeni hökumətin andiçmə mərasimi keçirilib

İngiltərə klubu Seneqal millisinin futbolçusunu transfer edib

Naxçıvan gimnastlarının məşq şəraiti standartlara uyğunlaşdırılır

Astanada Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış Səhmdarlar Müqaviləsinin mübadiləsi mərasimi olub VİDEO

Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib

Regionlardan olan şagirdlər BMU-nun laboratoriyaları ilə tanış olublar

Xidmət rəisi: Bu ilin ilk altı ayı ərzində milli parklara 80 minə yaxın turist gəlib

Nəqliyyat dəhlizlərinin genişləndirilməsində Azərbaycan-ŞƏT əməkdaşlığı ŞƏRH

Naxçıvanda dönərxanada nöqsanlar aşkar olunub

Cəlilabadda ilk dəfə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb FOTO VİDEO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Elşad Əsgərov: Qafqazda yalnız Azərbaycan ərazisində bəbir balalarının dünyaya gəlməsi müşahidə olunub

“Azərkosmos” Çinin “Star.vision” şirkəti ilə memorandum imzalayıb

Fernandu Santuş Qəbələ şəhər stadionu ilə tanış olub

Baş prokuror Lerik rayonunda vətəndaşları qəbul edib

® “Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu

Elşad Əsgərov: Azərbaycanda bəbir populyasiyasının bərpası istiqamətində məqsədyönlü işlər görülür VİDEO

Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb

8 Noyabr prospektində istismar müddətini başa vurmuş içməli su və kanalizasiya xətləri yenilənir

Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Müdafiə naziri Belarusda keçirilən tədbirlərdə iştirak edib

Paytaxta külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanılıb