“Aktyor əbədiyyətə qovuşanda” tamaşası təqdim olunub
Bakı, 14 aprel, AZƏRTAC
Şuşa Dövlət Musiqili Dram Teatrı yeni tamaşa ilə sənətsevərlərin görüşünə gəlib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində oynanılan birhissəli psixoloji dram kimi təyin olunmuş tamaşa xorvat yazıçısı və dramaturqu Miro Qavranın əsəri əsasında hazırlanıb. Pyesi Azərbaycan dilinə Svetlana Həkimova tərcümə edib.
Səhnə əsəri aktyorların həyatından bəhs edir. Əsərdə 2 obraz var -Aktyor və Aktrisa.
Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist, Cəfər Cabbarlı mükafatı laureatı Nazir Rüstəmov həm də Tom rolunu canlandırıb. Digər obrazı - Yeva rolunu isə teatrın aktrisası Bahar Həmzəyeva ifa edib.
Tamaşada Maksim Mrviçanın ifasında Tonçi Huljiçin və Klod Debüssinin musiqilərindən istifadə olunub.