İQTİSADİYYAT
Aleksandr Novak: Rusiya Enerji Həftəsində əsas müzakirə mövzusu neftin qiyməti olacaq
Bakı, 3 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Oktyabrın 3-7-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək Rusiya Enerji Həftəsində əsas müzakirə mövzusu neftin qiyməti olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, neftin qiyməti Moskva danışıqlarının əsas mövzusu olacaq: “Tədbirə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin neft və enerji nazirlərinin yarıdan çoxu qatılacaq. Həmçinin OPEC-ə üzv və qeyri-OPEC ölkələrin nazirləri ilə ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır. Görüşlərdə əsasən neft ixracı nəzərdən keçiriləcək. Qlobal neft hasilatının azaldılması üzrə sazişin əməletmə səviyyəsinin monitorinqi çərçivəsində neft ixracı və hasilatın daha da azaldılması müzakirə olunacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]