İDMAN
“Alletiko” - “All star of Azerbaijan” futbol matçının biletləri aprelin 25-dən satışa çıxarılacaqdır
Bakı, 24 aprel (AZƏRTAC). Xəbər verildiyi kimi, aprelin 30-da Tofiq Bəhramov adına Respublika stadionunda “Alletiko” (Madrid) və “All star of Azerbaijan” futbol komandaları arasında beynəlxalq yoldaşlıq görüşü keçiriləcəkdir.
“Bakı” futbol klubundan AZƏRTAC-a bildirmişlər ki, qarşılaşmanın biletləri aprelin 25-dən satışa çıxarılacaqdır.
Biletləri 28 Mall, Park Bulvar, Metro Park ticarət mərkəzlərindən və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar. Qiymətlər sektor, sıra və yerindən asılı olaraq 2 manatdan 50 manat arasında dəyişir.
Oyundan əvvəl və sonra azarkeşlər və futbol həvəskarları üçün möhtəşəm konsert proqramı təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]
İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib
- 03.05.2024 [15:32]
Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib
- 03.05.2024 [15:11]
Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək
- 03.05.2024 [15:07]