ELM VƏ TƏHSİL
“Alman dili dərsində poetik yazı” mövzusunda ixtisas kursu keçiriləcək
Bakı, 1 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) birgə təşkilatçılığı ilə “Alman dili dərsində poetik yazı” mövzusunda ixtisas kursunun keçirilməsi nəzərdə tutulub.
BDU-nun mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu ali təhsil müəssisəsində keçiriləcək kursda universitetin germanistika və alman dilini tədris edən müəllimləri ilə yanaşı, Azərbaycanın və Gürcüstanın ayrı-ayrı ali məktəb müəllimlərinin də iştirakı gözlənilir.
Kurs Almaniyadan dəvət edilən mütəxəssis xanım İngrid Beker-Rossun rəhbərliyi altında keçiriləcək.
Xatırladaq ki, DAAD dünyada tələbə və elmi işçilərin beynəlxalq mübadiləsi ilə məşğul olan ən böyük təqaüd təşkilatıdır.