ELM VƏ TƏHSİL
AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşlarının ötən il 673 elmi əsəri çap olunub
Bakı, 28 yanvar, AZƏRTAC
AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşlarının ötən il 673 elmi əsəri çap olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu Rəyasət Heyətinin növbəti iclasında bölmənin sədri akademik İsmayıl Hacıyev söyləyib. Akademik vurğulayıb ki, hesabat ilində, həmçinin üç buklet, üç xəritə tərtib edilib, iki patent və bir sənaye nümunəsi təsdiqlənib. Əsərlərdən üç monoqrafiya, 75 məqalə, 77 konfrans materialı, dörd tezis olmaqla 159 əsər xaricdə nəşr edilib. Məqalələrin 17-si “Clarivate Analytics” olmaqla, 46-sı impakt faktorlu jurnallarda çapdan çıxıb. Elmi məqalələrin 70-i xaricdə olmaqla 337-si beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda işıq üzü görüb. Həmçinin bölmədə bir beynəlxalq, iki respublika, beş muxtar respublika, 13 bölmə səviyyəli konfrans, on tədbir, oxunması zəruri olan 5 kitabın müzakirəsi və 9 təqdimat keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:14]
Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib
- 03.05.2024 [19:11]
Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir
- 03.05.2024 [18:58]
Təhsil İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
- 03.05.2024 [18:42]
AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub
- 03.05.2024 [18:35]
BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş
- 03.05.2024 [18:14]