ANAMA-nın kollektivi Anım Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edib
Bakı, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, Agentliyin İdarə Heyəti üzvləri və struktur bölmə rəhbərləri Bakı şəhərində Zəfər parkının ərazisində ucaldılmış 8 Noyabr – Zəfər abidəsini ziyarət ediblər.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, abidənin önünə gül dəstələri düzüblər.