Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arxeoloji qazıntılar zamanı tapılan nümunələr Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna təhvil verilib VİDEO

Qəbələ, 29 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Qəbələ arxeoloji ekspedisiyasının tarix elmləri doktoru, professor Qafar Cəbiyevin rəhbərliyi ilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun “Qala” ərazisində apardığı arxeoloji qazıntı işləri başa çatıb. Bir ay davam edən tədqiqatların məqsədi əvvəlki illərdə tədqiqinə başlanmış IX qazıntı sahəsində şəhərin daha erkən dövrlərinə aid alt yaşayış qatlarını öyrənmək olub.

Arxeoloji qazıntı işlərinin nəticələri barədə AZƏRTAC-ın bölgə müxbirinə açıqlama verən Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov bildirib ki, tədqiqatlar zamanı şəhərin VII-XIV əsrlərə aid yaşayış qatı öyrənilib. Tədqiqi davam etdirilən 150 kvadratmetrə yaxın ərazinin ayrı-ayrı nöqtələrində mədəni təbəqə, yəni yaşayış qatı 3-3,5 metr dərinliyədək öyrənilib. Tədqiqatların terrasvarı planda davam etdirilməsi VII-XIV əsrlərdə Qəbələdə şəhər həyatının ən müxtəlif sahələrinin inkişaf və ya tənəzzül dinamikasını əyani şəkildə öyrənmək baxımından çox əhəmiyyətli olub.

“Qəbələ Azərbaycanın qədim və orta əsr şəhərləri içərisində davamlı olaraq arxeoloji cəhətdən ən yaxşı öyrənilən şəhərlərimizdəndir. Lakin bu, heç də o demək deyil ki, artıq Qəbələnin tarixi ilə bağlı hər şey öyrənilib. Əksinə, öyrənildikcə şəhərin tarixi keçmişi ilə bağlı yeni-yeni suallar ortaya çıxır. Özü də nəzərə almaq lazımdır ki, Qəbələnin tarixi həm də qədim Azərbaycan dövləti olan Albaniyanın tarixidir. Biz Qəbələnin tarixini dərindən və hərtərəfli araşdırmaqla, həm də Albaniya tarixini daha ətraflı və mükəmməl öyrənmiş oluruq”, - deyə Qoruğun direktoru vurğulayıb.

Tədqiqatların yekunu olaraq Qəbələ Arxeoloji Mərkəzin sərgi salonunda Qəbələ (Qala dəstəsi) arxeoloji ekspedisiyasının üzvləri və Qəbələ Dövlət Tarix-Bədii Qoruğu əməkdaşlarının iştirakı ilə toplantı keçirilib.

Arxeoloji ekspedisiyanın rəhbəri Qafar Cəbiyev toplantıda vurğulayıb ki, tədqiqatların gedişində orta əsr şəhər infrastrukturu üçün səciyyəvi olan çoxsaylı tikinti və memarlıq elementləri, yaşayış binaları, küçə və meydanların qalıqları aşkarlanaraq öyrənilib. Axtarışlar nəticəsində şəhərin təsərrüfat həyatı və əhalinin məişətindən xəbər verən çoxsaylı dəyərli artefaktlar üzə çıxıb. Aşkarlanan tapıntıların böyük əksəriyyəti isə Qəbələ sənətkarlarının istehsal etmiş olduqları dəmir, şüşə və keramika məmulatı nümunələridir. Bu qəlibdən olan tapıntılar həm də Qəbələ ustalarının sənətkarlıq səviyyəsindən xəbər verir. Əldə olunan bir sıra tapıntılar isə qədim paytaxt şəhərin təkcə Azərbaycan şəhərləri ilə deyil, həm də Avropa və Asiyanın bir sıra sənət və mədəniyyət mərkəzləri ilə intensiv təmaslarından xəbər verir. Yeni nəticələr Qəbələ tarixinin, bütövlükdə Albaniya tarixinin gələcəkdə daha dərindən və hərtərəfli öyrənilməsi baxımından çox mühüm elmi əhəmiyyət kəsb edir.

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov çıxış edərək, ekspedisiyanın işini yüksək qiymətləndirib, aşkar edilən arxeoloji nümunələrin qorunub-saxlanması və yeni nəsillərə ötürülməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ekspedisiyanın üzvləri Elmira Abbasova və Əlibaba Babayev çıxış edərək, qısa zaman ərzində apardıqları arxeoloji qazıntılar zamanı əldə olunan maddi mədəniyyət nümunələri və ekspedisiyanın gördüyü işlər barədə ətraflı məlumat veriblər.

Sonda arxeoloji qazıntılar zamanı yeni əldə olunan maddi-mədəniyyət nümunələri ekspedisiya üzvləri tərəfindən Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna təhvil verilib.

Arxeoloji qazıntılar zamanı tapılan nümunələr Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna təhvil verilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir

Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib

KPMG rəhbəri: Region yaşıl enerjiyə yönəlir– MÜSAHİBƏ

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar

“Bir axşamın sehrli səsi” adlı hesabat konserti

Bu saata olan əsas xəbərlər

Ankarada Türk dünyasının inteqrasiyası və gələcəyinə ortaq baxış müzakirə olunub

AHİK nümayəndə heyəti Cenevrədə BƏT-in növbəti illik Konfransında iştirak edir

Dünya Kuboku: Azərbaycan millisi növbəti qələbəsini qazanıb

Ağalıda məktəblilər veloyürüşə qoşulub

Sankt-Peterburqda MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini nazirə təqdim edib

Qivami Rəhimli: Mədəni irs milli kimliyimizin təməli, dövlətçiliyimizin mənəvi dayağıdır

Rubio İsrail ilə Livan arasında danışıqların birgə bəyanatla nəticələnəcəyinə ümid etdiyini bildirib

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

“Ukrinform”da AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycanın enerji siyasətinə dair məqaləsi dərc edilib

Qaçış yarışlarının qalibi olan uşaqlar və yeniyetmələr mükafatlandırılıblar

Zəngilanda növbəti əmək yarmarkası təşkil olunub

“Z” nəslinin nümayəndələri ilə münasibətdə üç prinsip var: hörmət, açıq ünsiyyət və etimad – mütəxəssis

Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək

Gələn il Sidney ilə London arasında birbaşa reyslərə başlanıla bilər: “Airbus” ilk sınaq uçuşunu həyata keçirib

Azərbaycanın enerji diplomatiyası qlobal enerji təhlükəsizliyinin mühüm dayaqlarından birinə çevrilib - ŞƏRH

İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb

“Araz-Naxçıvan” 41 yaşlı kapitanı ilə müqaviləni yeniləyib

Azərbaycanın enerji diplomatiyası regional əməkdaşlığı qlobal tərəfdaşlığa çevirən uğurlu modeldir - ŞƏRH

Bilyard üzrə Avropa Kuboku və Avropa çempionatında 10-dan çox ölkənin təmsilçisi çıxış edəcək

Yeni Dövlət Proqramı aqrar inkişafın strateji yol xəritəsidir ŞƏRH

Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib

Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb YENİLƏNİB

“Bakı Enerji Həftəsi”ndə yaşıl enerji gündəliyi diqqət çəkib ŞƏRH

Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır

Azərbaycan idmançıları ötən ay 231 medal qazanıblar

Mütəxəssis: Dağ-mədən sənayesi dayanıqlı şəhərsalmanın təmin edilməsində strateji rol oynayır

İslam maliyyə alətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır – ŞƏRH

Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub

Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub

Türk professor: Orta Dəhlizin genişlənməsi Azərbaycanın regional gücünü daha da artıracaq

Azərbaycan millisinin voleybolçusu klubundan ayrılıb

Ekspert: Enerji siyasəti ölkənin iqtisadi gücünü formalaşdırıb - ŞƏRH

Aİ Azərbaycanla yaşıl enerji əməkdaşlığını strateji prioritet hesab edir

Güləşçilərin sağlamlığının qorunması istiqamətində vacib addımlar atılacaq

Azər Şükürov: Ölkəmizin tikinti materialları ehtiyatları şəhərsalma siyasətinin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır

Azərbaycan neft və qaz resurslarını qarşılıqlı əməkdaşlıq platformasına çevirib ŞƏRH

Azərbaycan-Argentina münasibətləri təhsil və mədəniyyət müstəvisində

Mərkəzi Bank Naxçıvanda vətəndaşlarla görüşlərin əlçatanlığını artırır

Bakı–Tbilisi–Qars xəttinin modernləşdirilməsi Orta Dəhlizin inkişafında yeni mərhələnin başlanğıcıdır ŞƏRH

UNEC ilə İCMA arasında əməkdaşlıq memorandumu imzalanıb

Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib

Energetika naziri Venesuela və İranın nazir müavinləri ilə enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib

ISO-nun Turizm və əlaqədar xidmətlər üzrə Texniki Komitəsi indiyədək 61 beynəlxalq standart hazırlayıb

“Böyük Qayıdış”ın yaratdığı təbəssüm

Şərqşünaslıq İnstitutunun ilk direktorunun 120 illik yubileyi qeyd edilib

Azərbaycanla Almaniya arasında təbii qaz və bərpaolunan enerji sahələrində əməkdaşlıq perspektivləri dəyərləndirilib

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

® Kreditini “Birbank”a gətirənlər 6 faizədək endirim qazanır – kampaniya davam edir

Mütəxəssis: “mygov” vahid rəqəmsal xidmət platformasının formalaşdırılması baxımından düzgün yanaşmadır

Tarixi yaddaş və milli kimlik - panel müzakirə

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

Bakıda Ümumdünya Velosiped Günü veloyürüşlə qeyd edilib

Tuqay meşələrinin mövcud vəziyyəti araşdırılıb

Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Musa Mərcanlı: İRS jurnalı 22 il ərzində Qərbi Azərbaycanla bağlı 150-dən çox material dərc edib

Bakıda “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi təşkil edilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlar və DİF rezidentlər üçün vörkşop təşkil edib

Azərbaycan alimləri Niderlandda beynəlxalq elmi konfransda iştirak ediblər

Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır

DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib

Tarixçi-alim: Ermənistanda monoetnik mühit deportasiyalar və məcburi köçürmələr vasitəsilə formalaşdırılıb

Fərhad Qaraşov: Yeni Dövlət Proqramı aqrar sektorun innovativ inkişaf modelinə keçidini sürətləndirəcək

Regionun taleyini dəyişən xətt: Orta Dəhlizdə Azərbaycan həlledici gücə çevrilir MÜSAHİBƏ

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır

Folklor İnstitutunun direktoru: Qərbi Azərbaycanın tarixi-mədəni yaddaşı rəqəmsal bazada qorunur

Ekspert: Azərbaycanın rolu Cənubi Qafqazın strateji əhəmiyyətini artırır

Oğuzda elmi konfrans: Şimal-Qərbi Azərbaycanın tarixi memarlıq irsi öyrənilir

Eldəniz Əmirov: Azərbaycanın enerji strategiyası ölkə və region üçün müsbət təsir göstərir VİDEO

Eldəniz Əmirov: Azərbaycanın enerji strategiyası ölkə və region üçün müsbət təsir göstərir VİDEO

“Gotion High-tech”: Xəzər və Mərkəzi Asiya regionunda enerji saxlama texnologiyalarının geniş tətbiqi üçün yeni imkanların yaranacağına ümidvarıq

Aqrar Subsidiya Şurası dövlət dəstəyi mexanizmləri ilə bağlı yeni qərarlar qəbul edib

Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil

Türk ekspert: Azərbaycan enerji resurslarını geosiyasi gücə və inkişaf modelinə çevirə bilib

“Turan Tovuz”un avrokuboklarda nəzərdə tutulan yeri CAS-ın qərarınadək qorunub saxlanılacaq

Azərbaycanda qarğıdalı sahələrinin sığortasına başlanılıb

Ulu Öndərin irsi şəhərsalma müstəvisində: gənc fəallarla görüş

Roma Papası XIV Leodan

İngiltərə Premyer Liqasının ən bahalı futbolçuları bəlli olub

Deportasiya qurbanlarının qayıdışına dair beynəlxalq konfransa hazırlıq işləri aparılır

Polşa öz ərazisində ABŞ-yə daimi hərbi baza yaratmağı təklif edib

İyunun 4-6-da dağlıq və dağətəyi rayonlarda hava şəraiti arabir yağıntılı olacaq – XƏBƏRDARLIQ

Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir VİDEO

Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir VİDEO

Mərkəzi Bank maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsini təsdiqləyib

ADA Universitetinin professoru: Qərbi azərbaycanlıların probleminə məcburi köçkünlərin qlobal tarixi kontekstində baxılmalıdır VİDEO

ADA Universitetinin professoru: Qərbi azərbaycanlıların probleminə məcburi köçkünlərin qlobal tarixi kontekstində baxılmalıdır VİDEO

Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində - panel müzakirə

Horovlu kəndində abad həyətlərə fərqlənmə hədiyyələri təqdim olunub VİDEO

Horovlu kəndində abad həyətlərə fərqlənmə hədiyyələri təqdim olunub VİDEO

Şəhərsalma və dağ-mədən sənayesi: Azərbaycanın dayanıqlı inkişaf modelində strateji əlaqə

Mədəniyyət naziri Şuşada vətəndaşların müraciətlərini dinləyəcək

Coğrafiya İnstitutu: Kiçik Qafqazda sürüşmə aktivliyi artıb