Horovlu kənd məktəbində böyük summativ qiymətləndirmələr başlayıb
Cəbrayıl, 3 iyun, AZƏRTAC
Cəbrayıl rayonunun Horovlu kənd tam orta ümumtəhsil məktəbində ikinci yarımil üzrə mərkəzləşdirilmiş qaydada böyük summativ qiymətləndirmələrin keçirilməsinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmə) aparılması qaydasına” uyğun olaraq, 2025-2026-cı tədris ilinin ikinci yarımilinin sonuna dair IV, Vl, IX, XI siniflərdə böyük summativ qiymətləndirmələrin keçirilməsinə bu gündən başlanılıb.
Müxbir-Aydın Yavərzadə