İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO
İmişli, 3 iyun, AZƏRTAC
İmişli rayonundakı tamet istehsalı sexində baş verən yanğın söndürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli şəhərinin Zəfər prospektində yerləşən tamet istehsalı sexinin yaxınlığındakı kol-kos sahədə başlayan yanğın qısa müddətdə güclənib və obyektə keçib.
Artıq sexdəki yanğın söndürülüb, ərazidə yerləşən digər tikililər mühafizə olunub. Hazırda kol-kos sahədə olan yanğının tam söndürülməsi üçün tədbirlər görülür.
17:09
İmişli rayonunda yerləşən tamet istehsalı sexində yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli şəhərinin Zəfər prospektində yerləşən tamet istehsalı sexində qeydə alınan yanğın anidən güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.
Müxbir-Aydın Yavərzadə